zamanlabirge.az
zamanlabirge.az

Şamaxı Mərkəzi Rayon Xəstəxanasında flashmob keçirildi

18-05-2023, 12:49

Şamaxı Mərkəzi Rayon Xəstəxanasında flashmob keçirildi TƏBIB-in tabeliyində fəaliyyət göstərən Şamaxı Mərkəzi Rayon Xəstəxanasında 17 may Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü münasibəti ilə flashmob keçirilib. Flashmobda Şamaxı Rayon Mərkəzi Xəstəxanasında çalışan tibbi heyət iştirak edib.
Şamaxı Mərkəzi Rayon Xəstəxanasında flashmob keçirildi2005 - ci ildən hər il mayın 17-si Ümumdünya Hipertoniya ilə Mübarizə Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü qeyd edilir.
Arterial hipertoniya arterial təzyiqin 140/90 millimetr civə sütunundan yuxarı qalxması halıdır. Birinci dərəcəli arterial hipertoniya ayrıca bir xəstəlik sayılır. Onun əsas və aparıcı əlaməti arterial təzyiqin yüksəlməsidir. İkinci dərəcəli arterial hipertoniya simptomatik olur və bu zaman təzyiqin yüksəlməsi başqa xəstəliklər nəticəsində əmələ gəlir.
Bir çox ölkələrdə 60 yaşından yuxarı olan əhalinin 50 faizindən çoxu yüksək arterial təzyiqə malikdir. Hipertoniyadan əziyyət çəkənlərin üçdəbiri müalicə alır və onların təxminən 12 faizi tibbi nəzarət altındadır, xəstələrin təxminən 45 faizi arterial təzyiqin yüksək olduğundan xəbərsizdir.
Arterial təzyiq gündə iki dəfə - səhər və axşam fiziki iş, qida, çay və ya qəhvə qəbulundan ən azı 30 dəqiqə sonra ölçülür. Onu ölçmək stolda rahat sarıyıb onu hava ilə tam doldurandan sonra ölçmək lazımdır. Arterial təzyiqi 1-2 dəqiqə fasilə ilə iki-üç dəfə ölçmək məsləhətdir. Bir əldə aparılan bu cür ölçmədən sonra arterial təzyiqin dəqiq səviyyəsini müəyyən etmək mümkündür.
Duzlu, yağlı qidalar və alkoqoldan istifadə edən, xroniki stres yaşayan, siqaret çəkən, fiziki aktivliyi az olanlarda qan təzyiqi tez-tez yüksəlir. Hipertoniya dünyada ürək və insult xəstəliklərinin ən başlıca səbəbi sayılır. Nəzarət edilməyən hipertoniya infarkta, ürəyin genişlənməsinə və nəticədə ürək çatışmazlığına səbəb olur. Hipertoniya, həmçinin böyrək çatışmazlığı, beyin qan dövranının pozulması və digər sağlamlıq problemləri ilə nəticələnə bilər.
Yüksək qan təzyiqi olanlar normal qan təzyiqi olanlara nisbətən qida ilə üç dəfə çox natrium-xlorid istehlak edirlər. Çəkilən siqaret qan təzyiqinin 10-30 millimetr civə sütunu artmasına səbəb ola bilər. Bədən çəkisinin artması ilə təzyiq artır. Artıq çəki təzyiqi 1-3 millimetr civə sütunu artırır.

Fidan Maxsudova
Şamaxı Rayon Mərkəzi Xəstəxanası
İctimaiyyətlə əlaqələr üzrə mütəxəsis

Şamaxı Mərkəzi Rayon Xəstəxanasında flashmob keçirildiŞamaxı Mərkəzi Rayon Xəstəxanasında flashmob keçirildi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA