zamanlabirge.az
zamanlabirge.az

Hökumət Evində fəaliyyət göstərən qurumlar üçün xüsusi iş rejimi müəyyən olunub

26-03-2020, 12:29

Hökumət Evində fəaliyyət göstərən qurumlar üçün xüsusi iş rejimi müəyyən olunub Baş nazirin müvafiq tapşırığına uyğun olaraq, koronavirus (COVID-19) pandemiyasına yoluxma riskinin qarşısının alınması məqsədilə Hökumət Evində profilaktik və məhdudlaşdırıcı tədbirlər həyata keçirilir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazir Mikayıl Cabbarovun müvafiq əmri ilə nazirliyin strukturları üçün xüsusi iş rejimi müəyyən olunub. Nazirliyin Aparatının və strukturlarının yerləşdiyi inzibati binalara giriş-çıxış üçün xüsusi rejim tətbiq edilib. Bununla əlaqədar, nazirliyin Aparatının yerləşdiyi inzibati binada (Hökumət Evi) fəaliyyət göstərən dövlət qurumlarına və təşkilatlara müvafiq tövsiyə məktubları göndərilib.
Eyni zamanda, Baş nazirin müvafiq göstəriş-məktubuna əsasən, Hökumət Evində fəaliyyəti məhdudlaşdırılmayan qurumlarda iş həftəlik növbəli rejimdə həyata keçirilir.
Bununla yanaşı, Hökumət Evində mütəmadi dezinfeksiya işləri görülür. Növbəti dezinfeksiya martın 27-də aparılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA