zamanlabirge.az
zamanlabirge.az

Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” Monteneqro mətbuatında pislənilib

1-04-2020, 20:27

Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” Monteneqro mətbuatında pislənilib Monteneqro mətbuatında Ermənistan silahlı qüvvələrinin işğalı altında olan və Azərbaycana məxsus Dağlıq Qarabağ bölgəsində mart ayının 31-də keçirilmiş qondarma "prezident və parlament seçkilər”ini pisləyən məqalələr dərc olunub.
Məqalələrdə işğal olunmuş Azərbaycan torpaqlarında erməni qəsbkarları tərəfindən törədilən cinayətlər, tarixi abidələrin məhvi, insanlara qarşı edilən vəhşiliklər və etnik təmizləmə əməlləri barədə geniş məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan üçün yaralı tarix olan 31 Martda qondarma seçkilərin keçirilməsi Ermənistanın növbəti siyasi təxribatından başqa bir şey deyil. "Seçkilər” adı altında Dağlıq Qarabağdakı erməni işğalçı rejimi tərəfindən təşkil edilən bu manipulyasiyalar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar prosesinə növbəti zərbədir. Ermənistan bu qanunsuz seçkilərlə dünya birliyini aldatmaq siyasəti aparır. Qondarma seçkilər işğalçıların beynəlxalq hüquqa hörmətsizliyinin və dünya birliyinin ikili standartlardan imtina edə bilməməsinin daha bir nümunəsidir. Habelə bu, Azərbaycan Konstitusiyasının və beynəlxalq hüquq normalarının kobud pozulmasıdır. (AZƏRTAC)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA