zamanlabirge.az
zamanlabirge.az

Milli Məclis Ombudsmanın illik məruzəsini qəbul etdi

25-04-2020, 09:36

Milli Məclis Ombudsmanın illik məruzəsini qəbul etdi Milli Məclisin dünən keçirlən plenar iclasında millət vəkilləri tərəfindən Ermənsitan Xarici İşlər Nazirliyinin münaqişə ilə bağlı bəyanatı sərt tənqid edilib. Eyni zamanda ombudsman ötən ilin hesabatını təqdim edib və hazırda bir sıra sahələrdə olan problemləri dilə gətirib. Bundan başqa cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri tərəfindən məktəblərə yaxın ərazilərdə siqaret və spirtli içkilərin satılması da tənqid edilib.
Ermənsitanın xarici işləri nazirinin Azərbaycanla mərhələli tənzimləmə əsasında danışıqlar aparıldığını inkar edən bəyanatı Milli Məclisin plenar iclasında millət vəkilləri tərəfindən sərt şəkildə tənqid edilib. Millət vəkili Səməd Seyidov Parisdə Köçəryanın danışıqlarda 5 dəqiqə fasilə istəyib, təyyarəyə minib qaçması faktını xatırladıb. Və Ermənistanın hazırki rəhbərliyinin sələflərinin siyasətini davam etdirdiyini bildirib.
Plenar iclasda Ombudsmanın 2019 cu illə bağlı hesabatı dinlənilib və burada ötən il ərzində ölkəmizdə həyata keçirilən sosial yeniliklərlə yanaşı mövcud olan problemlər də səsləndirilib.
Eyni zamanda ombudsman ölkəmizdə erkən nigah hallarının tez-tez müşahidə edildiyini və buna görə də cəzaların sərtləşdirilməsini istəyib. Cari məsələlərin müzakirəsi zamanı millət vəkili Azay Quliyev kirayə mənzillərlə bağlı şərtlərin yumuşaldılmasını və həbsdən azad edilən və yaxud banklar qarşısında öhdəliyi olan şəxslərin də bu hüquqdan istifadə etməsini təklif edib. Qüdrət Həsənquliyev isə məktəblərin yaxınlığında siqaret satılmasına nəzarətin gücləndirilməsini istəyib.
Ümumilikdə Milli Məclisin bu günkü gündəliyinə 28 məsələ daxil olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA