zamanlabirge.az
zamanlabirge.az

Çox təəssüflər olsun ki, əcdadlarımızdan fərqli olaraq, bizdə bir çox müsbət keyfiyyətlərlə yanaşı, cılızlaşma getmişdir

30-04-2020, 18:55

Çox təəssüflər olsun ki, əcdadlarımızdan fərqli olaraq, bizdə bir çox müsbət keyfiyyətlərlə yanaşı, cılızlaşma getmişdir Nəsib Məhəməliyev,
millət vəkili


Böyük fransız yazıçısı Aleksandr Düma (ata) XIX əsrin əvvəllərində, özünün "Qafqaz səfəri" əsərini yazır. Dünya şöhrətli yazıçı, Peterburqdan başlayaraq səyahət boyu rastlaşdığı müxtəlif xalqların, millətlərin adət-ənənələrini, tarixini, mədəniyyətini, psixologiyasını, milli xarakterini qələmə alır. O cümlədən Azərbaycan ərazisində Bakıda, Şamaxıda, Qarabağda, Şəkidə və digər yerlərdə qonaq olur. Sonra isə Zaqatala-Balakəndən keçərək Tiflisə, oradan da Parisə yola düşür. Xalqımızın mental dəyərləri barədə kifayət qədər, növbəti nəsillərin əcdadları ilə fəxr etməli olduğu bir çox faktları qeydə alır.
Azərbaycanlılarla bağlı fikirlərində qeyd edir ki, tatarlarda, (Rusiya imperiyası zamanında, periferiyada yaşayan müsəlman xalqlarını tatar adlandırırdılar. Yeri gəlmişkən qonşu gürcülərin bir çoxu indiki zamanda da bizlərə münasibətdə tatar sözünü işlədirlər.) “ KİŞİ SÖZÜ” var. Əgər hər hansı bir azərbaycanlı ilə hansısa iş görmək istəsən, rəsmiyyətə, müqavilə bağlamağa ehtiyac yoxdur. Kişi sözü verdisə, ölüm olsa belə sözünü nə geri götürəcək, nə də ki, dəyişəcək.
Ermənilərlə bağlı da həmçinin, tam erməni xislətini, xarakterini təsvir edərək yazır ki, bu millətlə müştərək iş görmək istəsən, mütləq nəzərə almalısan ki, erməni şəxsi mənafeyinə görə öz imzasından belə imtina edər.
Aradan iki əsr vaxt keçmişdir. Tarixi prosesləri təhlil etdikcə, torpaqsız, vətənsiz ermənilərə qucaq açmış, çörək vermiş azərbaycanlılara qarşı törətdikləri cinayətlər, Böyük Aleksandr Dümanın nə qədər haqlı olduğunun sübutudur.
Bir neçə il öncə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, o dövrdəki erməni həmkarı Serj Sarkisyanla, Dağlıq Qarabağ probleminin müzakirəsi zamanı. ,, tualetə,, getmək bəhanəsilə danışıqları gizlincə tərk edərək qaçması və digər bu tipli faktlar özlüyündə iki yüz il keçməsinə baxmayaraq erməni xislətinin qətiyyən dəyişmədiyi qənaətinə gəlirsən.
Çox təəssüflər olsun ki, əcdadlarımızdan fərqli olaraq, bizdə bir çox müsbət keyfiyyətlərlə yanaşı, cılızlaşma getmişdir. Bir çox mənəvi dəyərlərimiz aşınmaya məruz qalmış, deqradasiyaya uğramışdır. Bir çox özlərini kişi hesab edən insanlar üçün, alicənablıq, əxlaq, sözü bütövlük, adi insani keyfiyyətlər, quru, boş sözlərdən başqa heç bir məna kəsb etmir.
Çox arzu edərdim ki, böyük fransızın XIX əsrdə xalqımız barədə dediyi xoş fikirlər, 21-ci əsrdə də öz təsdiqini tapsın. Hər tərəfli inkişaf etmiş, siyasi- iqtisadi, sosial, hərbi gücə malik dövlətlə bərabər, kübar cəmiyyət quraq və gələcək nəsillərə ötürək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA