zamanlabirge.az
zamanlabirge.az

Dövlət Departamenti Azərbaycanın terrorizmə qarşı mübarizədə fəaliyyətini yüksək qiymətləndirir

25-06-2020, 11:48 23 dəfə baxılıb

Dövlət Departamenti Azərbaycanın terrorizmə qarşı mübarizədə fəaliyyətini yüksək qiymətləndirir ABŞ Dövlət Departamentinin 2019-cu ildə dünyada terrorizmə qarşı mübarizə ilə bağlı hesabatında Azərbaycanın bu sahədəki uğurlu fəaliyyəti yüksək qiymətləndirilib.
Hesabatda 2019-cu ildə Azərbaycan hökumətinin ölkənin quru və dəniz sərhədlərində və Cənubi Qafqaz daxilində insanların, pulların və materialların hərəkəti üzrə terror cəhdlərinin qarşısını almaq, aşkarlamaq və məğlub etmək üçün fəal iş apardığı xüsusi vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları terror aktlarının qarşısını almaq üçün əməliyyatlar keçirib, terrorda şübhəli bilinən şəxsləri həbs edib və cinayət məsuliyyətinə cəlb edib. 2019-cu ildə Azərbaycanda heç bir terror aktı qeydə alınmayıb.
Dövlət Departamentinin hesabatında Azərbaycanın hüquq-mühafizə orqanlarının və təhlükəsizlik xidmətlərinin ölkədə terror aktlarını aşkar etmək, saxlamaq və qarşısını almaq üçün adekvat bacarıq nümayiş etdirdikləri ifadə olunub: "Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri bir-biri ilə və regional və beynəlxalq tərəfdaşlarla terrorizmlə bağlı məsələlər üzrə məlumat mübadiləsi aparırlar. 2019-cu ildə Azərbaycan "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın icrasını davam etdirib”".
Bundan başqa, hesabatda ölkəmizin Avropa Şurasında, ATƏT-da, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təşkilatlarda üzvlüyünü davam etdirdiyi də qeyd olunub.
"Azərbaycan NATO-nun antiterror təşəbbüslərini alyansın "Sülh naminə tərəfdaşlıq” ölkələrindən biri kimi dəstəkləyir. Azərbaycan 120 sülhməramlı hərbçisi ilə NATO-nun Əfqanıstanda keçirdiyi "Qətiyyətli Dəstək” missiyasında iştirak edib və Əfqanıstan milli ordusunun Məqsədli Fonduna töhfə verib”, - deyə ABŞ Dövlət Departamentinin hesabatında bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA