zamanlabirge.az
zamanlabirge.az

Bu gün Azərbaycan əsgəri dünyanın müxtəlif bölgələrində, qaynar nöqtələrdə sülhü qoruyur

26-06-2020, 13:06 11 dəfə baxılıb

Bu gün Azərbaycan əsgəri dünyanın müxtəlif bölgələrində, qaynar nöqtələrdə sülhü qoruyur
Nəsib Məhəməliyev,
millət vəkili


26 iyun Silahlı qüvvələr günüdür və haqlı olaraq hər il Azərbaycanda ümumxalq bayramı kimi qeyd olunur. Çünki silahlı qüvvələr, ölkəmizin hər bir ailəsinə birbaşa əlaqəsinin olması ilə yanaşı, hər birimizin qürur mənbəyidir. Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, Silahlı qüvvələrin yaranma tarixi 26 iyun 1918-ci ildə Azərbaycan xalq cümhuriyyətinin, ,,milli ordunun yaranması,, ilə bağlı verdiyi fərmanla götürülür. Yarandığı andan dərhal, Qafqaz İslam ordusunun tərkibində Bakının işğaldan azad olunmasında, Qarabağda erməni daşnakları ilə mübarizədə əsl qəhrəmanlıq nümunələri göstərmişdir.
70 il Sovet dövründə dövlət müstəqilliyimiz olmadığı üçün milli ordumuz da olmamışdır. 1970-80-ci illərdə ümummilli Lider Heydər Əliyev Azərbaycan SSR-na rəhbərlik etdiyi zaman, o dövrün siyasi konyukturasına xas olan siyasi-ideoloji maneələrə baxmayaraq, Naxçıvanski adına hərbi-liseyin yaradılmasına nail olmuşdur. Bununla da özünə məxsus uzaqgörənliklə, gələcək müstəqil Azərbaycan ordusunun kadr bazasının formalaşmasının əsasını qoymuşdur.
Bu gün Azərbaycan əsgəri dünyanın müxtəlif bölgələrində, qaynar nöqtələrdə sülhü qoruyur
Hal-hazırda Milli ordumuz, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında dünyanın 50 ən güclü orduları siyahısına düşmüşdür. Ən müasir döyüş silahları, texnika ilə təchiz olunmuş, şəxsi heyətin fiziki və taktiki hazırlığı, məişət şəraiti, psixoloji durumu ən yüksək səviyyədədir. Bu gün Azərbaycan əsgəri dünyanın müxtəlif bölgələrində, qaynar nöqtələrdə sülhü qoruyur. NATO proqramları çərçivəsində və müxtəlif beynəlxalq hərbi yarışlarda ölkəmizi layiqincə təmsil edir, xalqımızın döyüş ruhunu, müqəddəs üç rəngli bayrağımızı dünyada nümayiş edirir. 2016-cı ilin aprel döyüşlərində və sonra Naxçıvan ərazisində düşmənə vurulan zərbə isə, müasir hərb tarximizə qızıl hərflərlə yazılmış səhifədir. Belə bir ordunun varlığı ilə, hər bir azərbaycanlı fəxr etməklə yanaşı, tam əmindir ki, silahlı qüvvələrimiz qarşıya qoyulan ən çətin vəzifənin öhdəsindən gələ bilər. Sadəcə inkar olunmaz bir həqiqət də var ki, müasir dünyanın bəzi mürəkkəb oyunları ilə hesablaşmalı, qlobal xarakterli məsələləri zərgər dəqiqliyi ilə ölçüb biçməlisən. İnanıram ki, milli ordumuzun əsas tapşırığı icra etməsi üçün münbit beynəlxalq şərait yetişəcəkdir və qələbə bayrağımız işğal olunmuş ərazilərimizdə dalğalanacaqdır. Bu tapşırığın icrası üçün vacib olan bütün əsaslar- siyasi, iqtisadi, hərbi, hüquqi, psixoloji faktorlar, insan resursları mövcuddur.
Bu gözəl ümumxalq bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev olmaqla, milli ordumuzun bütün şəxsi heyətini, sıravi əsgərləri, çavuşları, gizirləri, kiçik və böyük zabit heyətini, generalları və admiralları səmimi qəlbdən təbrik edirəm, möhkəm can sağlığı və böyük qələbə sevinci arzulayıram!!!
Allah yardımçınız olsun!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA