zamanlabirge.az
zamanlabirge.az

130-dan çox dövlətin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi Azərbaycanın diplomatik qələbəsidir

29-06-2020, 16:25

130-dan çox dövlətin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi Azərbaycanın diplomatik qələbəsidir Planetin bəlasına çevrilmiş COVID-19-la mübarizədə hər bir dövlətin başçısı öz mövqeyini ortaya qoydu. Bu baxımdan, Azərbaycan Respublikası dünya dövlətləri sırasında nümunəvi təcrübə nümayiş etdirir və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz koronavirusla mübarizədə milli, regional və beynəlxalq səviyyədə ardıcıl, sistemli mübarizə aparır.
Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov deyib.
Elman Nəsirov qeyd edib ki, dünyada koronavirusla mübarizədə müəyyən boşluqların olması hər kəsə məlumdur. Dünya dövlətləri bu ağrılı məsələyə münasibətdə birlik, həmrəylik nümayiş etdirmir, məsuliyyətsizlik göstərirlər. Bütün bunların fonunda Prezident İlham Əliyevin koronavirusla mübarizədə birliyin, həmrəyliyin, məsuliyyətin təmin edilməsi sahəsində atdığı addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan Prezidentinin təşəbbüsü qlobal səviyyədə ən böyük dəstəyə layiq görülüb. Ölkəmiz COVID-19-la mübarizədə bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan kiçik ölkə olsa da, onun sözünün çəkisi böyükdür.
Deputat qeyd edib ki, Qoşulmama Hərəkatının Təmas Qrupunun videoformatda keçirilən Zirvə görüşü dediklərimizi bir daha təsdiqləyir. Həmin toplantıda dövlətimizin başçısı üzv dövlətlərə səslənərək BMT-nin xüsusi sessiyasının keçirilməsini təklif etdi. Nizamnaməyə uyğun olaraq təşəbbüsün 97 ölkə tərəfindən dəstəklənməsi kifayət etsə də, Azərbaycan Prezidentinin bu təşəbbüsünü dünyanın 130 dövləti dəstəklədi. Bu, qürur duyulası haldır. Bu, Azərbaycan dövlətinin, onun Prezidenti İlham Əliyevin diplomatik qələbəsidir, böyük uğurudur.
“Düşünürəm ki, Prezidentin təşəbbüsü ilə keçiriləcək növbəti toplantı – BMT Baş Assambleyasının xüsusi sessiyası koronavirusla mübarizədə imkanları genişləndirəcək. Bütün dünyanın diqqəti məhz bu toplantıya yönələcək. Hesab edirəm ki, toplantıdan sonra iqtisadi və humanitar səylər güclənəcək, həm də bəşəriyyətin intizarla gözlədiyi vaksinin əldə olunması imkanları daha da artacaq. Çünki dünyanın ən böyük və universal təşkilatı məhz BMT-dir. BMT səviyyəsində bu məsələnin müzakirə predmetinə çevrilməsi şübhəsiz ki, öz müsbət nəticələrini verəcək”, - deyə Elman Nəsirov bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA