Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin sədri Xudaverdi Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Xudaverdi Əliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Xudaverdi Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin sədri Xudaverdi Əliyevə Səfərovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin sədri Xudaverdi Əliyev - Bu gün ölkədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilimizə yüksək diqqət və qayğısı var. Son illər yüzlərlə məktəb həm dövlət büdcəsi vəsaiti hesabına, həm də Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir və bərpa olunub, yeni STEAM, uşaq-yaradıcılıq mərkəzləri yaradılıb.
Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.
Hazırda ölkəmizdə ən müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Hətta son üç ildə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu məsələ diqqətdən kənarda qalmadı. “Görülən işlər bir daha təsdiqləyir ki, ölkəmizdə təhsilin və elmin inkişafı prioritet istiqamətlərindəndir. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi sayəsində Zəfərlə başa çatdı. İşğaldan azad olunmuş torpaqlarımızda bu gün sürətli bərpa və quruculuq işləri aparılır. Bu quruculuq işləri təhsildən də yan keçmir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. İnanıram ki, bu istiqamətdə qarşıya qoyulan hədəflərə uğurla çatacağıq”.
Ulu öndər Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının Azərbaycanın gələcəyi olan uşaqlarımızı, gənclərimizi qorumağa borclu olduğunu vurğulayırdı. Ulu öndər Heydər Əliyev gənclərimizi ölkəmizin, xalqımızın milli sərvəti adlandırırdı. Ümummilli lider Heydər Əliyev Azərbaycan gənclərinin intelektli, vətənpərvər olmalarını, eləcə də dünyada ölkəmizi layiqli şəkildə təmsil etməli olduqlarını, hər bir Azərbaycan gəncinin öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi gəbul etmələrini vurğulayırdı. Ulu öndər Heydər Əliyev gənclərimizin əsas vəzifəsinin özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, dövlətimizin yaşamasına və əbədi olmasına xidmət etməkdən ibarət olmasını qeyd edirdi. Bütün çıxışlarında ulu öndər Heydər Əliyev Azərbaycan gəncinə inandığını, ölkəmizin gələcək inkişafında onların üzərinə böyük məsuliyyət düşdüyünü və dövlətin gənclərlə bağlı siyasətində onları hər cür qayğı və dəstək göstərilməsinin vacibliyini qeyd edirdi. Bu qayğı və diqqət gələn nəsillərin vətənpərvər ruhda böyüməsinə, dövlət və xalq uğrunda canından keçməyə hazır olan gənclərin yetişməsinə səbəb oldu.
Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı dövlət siyasətini davam etdirən Prezident İlham Əliyevin gənclərimizə xüsusi diqqəti və qayğısı yüksək səviyyəyə çatdırıldı. Prezident seçildiyi ilk vaxtlardan cənab İlham Əliyev Azərbaycan gənclərinin vətənpərvər olmasını xalqımızın adət ənənələrinə sadiq olmalarını tövsiyə edirdi və gənclərin bu ruhda böyüməsinə xüsusi diqqət yetirirdi. Cənab İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclərimiz vətən müharibəsində böyük qəhrəmanlıq, şücayət nümayiş etdirərək torpaqlarımızı erməni faşizminin işğalından azad etdi. Müharibədə qorxmadan, çəkinmədən düşmən üzərinə gedən igid oğullarımız şəhid, qazi oldular, lakin bu müqəddəs amal uğrunda bir addım belə geri çəkilmədilər. Cənab İlham Əliyev kimi müdrik, qətiyyətli lideri və qəhrəman və intelektli gəncliyi olan Azərbaycan hər zaman qalib, güclü dövlət olacaq.