zamanlabirge.az
zamanlabirge.az

Çavuşoğludan sərt sözlər: “Ermənistan ağlını başına toplasın”

22-09-2020, 11:35

Çavuşoğludan sərt sözlər: “Ermənistan ağlını başına toplasın” "Ermənistanı ağlını başına toplamağa, hücumlarına son verməyə çağırıram".
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu özünün "Twitter" səhifəsindən paylaşdığı açıqlamada belə yazıb.
Nazir Türkiyənin haqlı mübarizəsində Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.
M.Çavuşoğlu "Ermənistan təcavüzü nəticəsində bu gün şəhid olan kiçik çavuş Elşən Məmmədovun ailəsinə və qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm", - deyə qeyd edib: "Bir qəhrəman Azərbaycan əsgərimiz şəhid olub. Şəhidimizə Allahdan rəhmət diləyirik, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı veririk".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA