zamanlabirge.az
zamanlabirge.az

Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır - Prezident

27-09-2020, 12:48

Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır - Prezident Azərbaycna torpaqlarının işğalı Ermənistanın planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti – budur bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti.
AZƏRTAC-a istinadən xəbər veririk ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Ermənistanın hərbi təxribatlarının səbəbləri barədə danışarkən bildirib.
Müraciətdə deyilir: “Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Digər səbəb ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar və qeyri-konstruktuiv və yalançı siyasəti nəticəsində hazırda faktiki olaraq danışqılar dayanıbdır və növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA