zamanlabirge.az
zamanlabirge.az

Elman Nəsirov: "Düşmən əsgəri əyilə-əyilə gəzmir, artıq o dizi üstə sürünür"

3-10-2020, 12:36

Elman Nəsirov: "Düşmən əsgəri əyilə-əyilə gəzmir, artıq o dizi üstə sürünür" Son hadisələr fonunda ilk növbədə terminologiyada dəyişiklik edilməlidir. 1988-ci ildən Ermənistan Azərbaycana təcavüzə başlayıb. Bu münaqişənin 1988-ci ildən 2020-ci ilin sentyabrın 27-ə qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi adlandırılması reallığı əks etdirirdi. 27 sentyabrda erməni silahlı birləşmələri bütün cəbhə boyu atəşkəsi pozub hərbi təxribata əl atdı. Onların təxribatlarına cavab olaraq Azərbaycan əks-hücum əməliyyatlarına başladı. Bu əməliyyatlardan sonra münaqişənin mahiyyəti dəyişdi. Artıq bu, sözün həqiqi mənasında müharibədir. Ona görə də artıq Ermənistan-Azərbaycan müharibəsi adlandırılmalıdır. Eyni zamanda vətən müharibəsi kimi qiymətləndirilməlidir.
Demokrat.az bildirir ki, bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Millət vəkili bildirib ki, bu müharibənin gedişatında Azərbaycan Silahlı Qüvvələri öz qələbələrini davam etdirir:
"Hazırda bütün beynəlxalq təşkilatlar və bir sıra dövlətlər sanki əzbərçilik formasında səsləndirirlər ki, bu münaqişənin hərbi həll yolu mövcud deyil. Paşinyanın da dilindən bu ifadə düşmür. Amma bu münaqişənin hərb yolu var və dünya tarixi də sübüt edir ki, belə münaqişələrin 99 faizi hərbi yolla öz həllini tapıb. Bu gün hərb yolu yoxdur deyənlər, 30 ildə niyə bu münaqişəni həll etməyiblər? Qorxaqlar, hərbi gücü olmayanlar bu ideyanı müdafiə edirlər. Paşinyan da ona görə bu yoldan qaçır ki, hərbi gücə malik deyil. O artıq Azərbaycan ordusunun gücünü görüb.
Eyni zamanda "bütün müharibələr sülh ilə yekunlaşır" ifadəsində də düzəlişə ehtiyac var. Bütün müharibələr qalib və məğlub tərəflərlə yekunlaşır - olmalıdır. Qalib, məğlubu sülhə məcbur edir. Ona görə də, ordumuz düşmən üzərində qalibiyyətə nail olub. Bundan sonra düşmənlə sülh müqaviləsi imzalanmayacaq, o sülhə məcbur ediləcək”.
Elman Nəsirov vurğulayıb ki, indiki müharibə vəziyyətində strateji tərəfdaş ifadəsi özünü doğrultmur:
"Müttəfiq, düşmən və neytral mövqe sərgiləyən dövlətlər mövcuddur. Strateji tərəfdaş kimə deyirik? Müharibə gedir. Burada bir dövlətin taleyi həll olunur. Ya dövlətimizin yanında yer al, ya neytral dayan, ya da düşmən tərəfdə dur. Bu gün faktiki olaraq bəzi dövlətlər və onların siyasi liderləri özünü Azərbaycanın düşməni kimi aparır. Onların sırasında Fransa Prezidenti Emmanuel Makron başda dayanır. ATƏT-in Minsk Qrupunda təmsil olunan Fransanın rəhbəri Makron açıqlamasında belə deyir: Biz imkan vermərik ki, Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağı geri alsın. Bu məntiqdə olan bir dövlətlə və onun rəhbəri ilə hansı dialoqdan danışmaq olar. Fransa ATƏT-in Minsk Qrupunun həmsədr dövlətidir. O qərəzsiz, tərəfsiz olmalı, obyektiv mövqe nümayiş etdirməlidir. Amma tələm-tələsik Rusiya Prezidenti Vladimir Putinə zəng vurur, ABŞ Prezindenti Donald Trampla danışır. E.Makron başda olmaqla, Fransa dövləti birmənalı şəkildə işğalçı Ermənistanın yanındadır və onu müdafiə edir”.
Deputat qeyd edib ki, Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi indi həqiqət anıdır:
“Həmin bu həqiqət anında biz görük ki, dostumuz düşmənimiz kimdir. İşğalçı Ermənistanın baş naziri Azərbaycanın qədim şəhəri olan Şuşa şəhərində yallı gedirdi, şərab içirdi. Bu gün güclü ordumuz onun bu hərəkətlərini burnundan gətirir".
Nəsirov vaxtilə sosial şəbəkələrdə onu fikirlərinə görə tənqid edənlərə də cavab verib:
“Vaxtilə sosial şəbəkələrdə məni tənqid edənlərə üzümü tuturam. Mən söyləyəndə ki, erməni əsgəri Azərbaycan əsgərindən qorxur, ona görə səngərdə əyilə-əyilə gəzir. Bəli, bu sözlər mənim sözlərim idi. Onu tez-tez xatırlayırdınız! İndi nə deyirlər? Əmin oldunuz ki, ermənilər Azərbaycan əsgərindən qorxur, əyilə-əyilə gəzir. İnandınız ki, ordunun şərəfi olan hərbi bayraqlarını belə atıb qaçır. İndi düşmən əsgəri daha əyilə-əyilə gəzmir. Erməni əsgəri artıq səngərdə uzanıb, başını belə qaldıra bilmir. Əvvəllər qorxusundan əyilirdisə, indi dizi üstə sürünür. İndi reallıq budur. Sosial şəbəkələrin dırnaqarası qəhrəmanları görüm indi nə deyəcəklər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA