zamanlabirge.az
zamanlabirge.az

ARTIQ ERMƏNİSTAN UDUZMUŞ DÖVLƏTDİR

20-10-2020, 10:51

ARTIQ ERMƏNİSTAN UDUZMUŞ DÖVLƏTDİR Adil ƏLİYEV
Milli Məclis Sədrinin müavini


Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan əks-hücum əməliyyatları öz nəticəsini verməkdədir.Yeni əraizlərimizin işğaldan azad edilməsi xəbərləri bizi olduqca sevindirir, hər bir Azərbaycan vətəndaşının qəlbini qürur hissi ilə doldurur. Müzəffər Ordumuz Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qarşısına qoyulmuş bütün məqsəd və vəzifələrin öhdəsindən layiqincə gələrək, sürətlə irəliləyir.
27 sentyabrdan bugünə qədər Ermənistanın itkilərinin sayı-hesabı yoxdur. Rəsmi mənbələrə əsaslansaq,bu dövrdə düşmənin maddi itkisinin 1 milyardın üzərində olması aydındır. Lakin, əminik ki, real itkilər rəsmi elan edilən rəqəmlərdən dəfələrlə artıqdır. Çünki, bu ilk hal deyil və Ermənistan hakimiyyəti xalqını mütəmadi olaraq aldadır. Hətta döyüş şəraitində öldürülən hərbi qulluqçuları dəfələrlə ictimaiyyətə qeyri-döyüş şəraitində olan itki kimi təqdim etməkPaşinyan hakimiyyətinin ənənəvi gerçəkliyidir. Demək olar ki, Ermənistan rəsmi olaraq 1 il bundan əvvəl iqtisadi cəhətdən tənəzzüllünü yaşamış, COVİD-19 xəstəliyinin yayılması zamanı isə idarəetməni tamamilə itirmələrini rəsmi olaraq elan etmişdilər...
Bugün isə Ermənistan cəbhədə uduzmaqla yanaşı, diplomatiya masasında da uduzur. İki dəfə humanitar atəşkəsin elan edilməsinə baxmayaraq, Ermənistan atəşkəsin şərtlərini kobud şəkildə pozduğu üçün layiqli cavabını alır.
Baş verənlərin fonunda Ermənistan hər gün sarsıdıcı zərbələrin hədəfində olur, geri çəkilməyə başlayır, maddi-texniki bazası durmadan zəifləyir və şəxsi heyəti tamamilə zərərsizləşdirilir. Döyüşlərin başladığı vaxtdan indiyədək ələ keçən texnikaların sayı hər gün artır. Erməni silahlı qüvvələri əvvəlcə taqımlar və bölüklər şəklində döyüş meydanından geri çəkilirdilərsə, bugün artıq bütöv hərbi hissələri avadanlıqları ilə birlikdə Azərbaycan ordusuna təslim edirlər.
Bu müharibənin taktiki cəhətdən prinsipidir ki, müdafiə xətti daim güclü olmalıdır. Azərbaycan ordusu düşmənin dərin müdafiə xəttini yarmağa nail olmuşdur. Xüsusilə döyüş əməliyyatlarının davam etdiyi bir vaxtda biz müharibəni həm bu sahədə qəbul edilmiş beynəlxalq humanitar hüququn prinsiplərinə sadiq qalaraq davam etdiririk, həmçinin, hədəfimiz minimum itki və maksimum nəticəprinsipidir. Müharibədə rəşadətli ordumuzun gücünü görməklə bərabər, Azərbaycan dövləti tərəfindən uzun illər hərbi sahəyə ayrılmış diqqətin bariz nəticəsini görürük.
Bugünkü təhlillər göstərir ki, pilotsuz uçuş aparatları, dronlar və digər silahlarımız Ermənistanı çox ciddi itkilərə məruz qoyur və bu itkilər zamanı bizim tərəfimizdən heç bir tələfata yol verilmir. Müdafiə Nazirliyinin paylaşdığı rəsmi xəbər və videoçarxlardanaydın şəkildə görə bilirik ki, bugün düşmən döyüş meydanında çox böyük itkilər verir, artıq Ermənistan uduzmuş dövlətdir. Təbii ki, onlar nə qədər çox dirəniş göstərsələr bir o qədər çox itki verməyə məcbur olacaqlar. Azərbaycan humanitar hüququn prinsiplərinə sadiq qaldı, dəfələrlə onlara təklif edildi ki, ərazilərimizi işğaldan azad etməkdən başqa çıxış yolları yoxdur. Hələ bir neçə il bundan əvvəl Prezident, Ali Baş Komandan İlham Əliyev demişdi ki, Erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağına gəlməsin. Lakin, təcavüzkar Ermənistan hakimiyyəti nə bizim torpaqlarımızdan, nə də mənfur xislətlərindən geri çəkilmədi. İndi artıq gecdir və qəbul etdikləri səhv qərarlarının nəticələrinə dözmək vaxtıdır...
Ermənistanın yaşı 60-a qədər olan insanları, mülki şəxsləri zorla orduya səfərbər etməsi həqiqətən də çıxılmaz vəziyyətdə olmalarının əyani sübutudur. Azərbaycanda isə bu gün hər kəs könüllü olaraq, böyük ruhla, canla-başla döyüşə getməyə hazırdır və Ali Baş Komandanın bu sahədə verəcəyi əmri gözləyir. Düşməndən fərqli olaraq, Azərbaycanın heç bir halda döyüşmək üçün kənardan hərbçi dəvət etməyisinə zərurət yoxdur. Biz bu torpaqların sahibiyik!İstər əhalinin sayı baxımından, istərsə də digər parametrlərdə Ermənistandan ən azı 5 dəfə daha böyüyük. Ermənilər kimi bu ərazilərə kiminsə diqtəsi ilə köçməmişik...
Tarixə qısa bir nəzər salaq. Ermənilərin bu əraziyə köçürülməsi 1828-ci ildə Rusiya-İran arasında bağlanan Türkmənçay müqaviləsindən sonra baş tutub. Müqaviləyə əsasən müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb. Onlar heç 200 il deyil ki, bu müqəddəs torpaqlara ayaq basıblar... Qədim oğuz yurdu, odlar diyarı Azərbaycanın yaşı isə minilliklərlə ölçülür...
Qarabağın Azərbaycanın tarixi, əbədi və əzəli torpağı və ayrılmaz tərkib hissəsi olduğunu heç bir ölkə və beynəlxalq təşkilat istisna etmir. Əksinə, bir çox dövlətlər haqq işimizdə bizi yaxından dəstəkləyirlər. Azərbaycanı rəsmi şəkildə dəstəkləyən ölkələrin sırasında əlbəttə ki, ilk yerdə qardaş Türkiyə yer alır. Həmçinin, Pakistan, Ukrayna və digər dost dövlətlərdə Azərbaycanla bağlı ədalətli mövqe sərgiləmişlər. Şimal qonşumuz olan Rusiya ilə də bizim çoxəsrlik dostluq, əməkdaşlıq münasibətlərimiz var. Başda Ermənistan olmaqla, digər dövlətlərdən zaman-zaman Rusiya ilə Azərbaycan arasına nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdləri olsa da bu baş tutmayıb. Belə məsələlər heç vaxt bizim strateji tərəfdaşlığımıza kölgə sala bilməz.
Bugün tarix Azərbaycanın tərəfindədir, qələbə tərəfimizdədir, dünyanın haqq işini, ədalətli dəstəkləyən ölkələribizim tərəfimizdədir. Ermənistanın süqutu qaçılmazdır. Qarabağ Azərbaycandır!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA