zamanlabirge.az
zamanlabirge.az

Deputatlarımız Moldovada prezident seçkilərini müşahidə edəcəklər

30-10-2020, 10:22

Deputatlarımız Moldovada prezident seçkilərini müşahidə edəcəklər Milli Məclisin bir qrup deputatı Moldovada noyabrın 1-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 29-da ölkənin paytaxtı Kişineu şəhərinə səfər edəcək.
Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlardan Sabir Hacıyev və Rüfət Quliyev Müstəqil Dövlətlər Birliyi (MDB) ParlamentlərarasıAssambleyasınınmüşahidə missiyasının tərkibində, millət vəkili Ramin Məmmədov isə MDB İcraiyyə Komitəsinin xətti ilə seçkiləri izləyəcəklər.
Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, prosesin gedişini izləyəcəklər.
Səfər noyabrın 3-də başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA