zamanlabirge.az
zamanlabirge.az

XİN Polad Bülbüloğlu ilə bağlı açıqlama yaydı

16-11-2020, 11:10

XİN Polad Bülbüloğlu ilə bağlı açıqlama yaydı "Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib.
"Xatırladırıq ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması dövlət başçısının səlahiyyətlərinə daxildir. Bu xüsusda yayılan bütün məlumatlar yalnız rəsmi mənbələrə əsaslanmalıdır", - deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA