zamanlabirge.az
zamanlabirge.az

“Gərək oturub maşına işə gedərdim” - Elmar Məmmədyarovdan etiraf

30-12-2020, 12:31

“Gərək oturub maşına işə gedərdim” - Elmar Məmmədyarovdan etiraf Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov "Azadlıq" radiosuna müsahibə verib.
Həmin müsahibədən bir sıra məqamları təqdim edirik:
- İyulun 12-ni xatırladıq. Həmin gün Siz doğrudanmı evdən işləyirdiniz? Baş nazir prezidentə dedi ki, Tovuzda atəşkəs pozulanda Siz evdən işlədiyinizi demisiniz.
- Hadisələr olanda mən bəzi nazirlərlə danışdım. Həmin gün üç saat sonra Leyla Abdullayeva (XİN-in sözçüsü) bəyanat verdi. Mənim səhvim idi, gərək oturub maşına işə gedərdim. Mənim səhvim idi ki, camaat hamısı işdə idi. Mənə deyən olmadı ki, gərək işdə olasan.
– Son sual. Siz vəzifədən azad olunmamışdan öncə oğullarınızın Nyu-Yorkda 4 milyonluq mənzil alması haqda iddialar yayıldı. O zaman nazirliyin mətbuat katibi bununla açıqlama vermədi ki, bu, şəxsi məsələdir. Bu məsələyə indi özünüzün aydınlıq gətirməyinizi istəyirik.
– Mən də təkrar edirəm – bu, şəxsi məsələdir.
– Bir nazirin bu qiymətə mülk alması şəxsi məsələ sayıla bilməz axı.
– Necə yəni olmur, mənim şəxsi işimdir də. Siz bank deyilsiniz məndən tələb edəsiniz ki, haradan pul almışam, qazanmışam, necə almışam və s. Ona görə ən asan diplomatik cavab verirəm ki, bu, şəxsi məsələdir. Amma inandırım sizi, Amerika sistemində belədir ki, orda nədənsə şübhələnsəydilər, bir sent, bir qəpik, bir manat belə götürməzdilər.
– Azərbaycanda şübhə doğuran o idi ki, nazir olaraq o qədər vəsaiti necə əldə etmişdiniz?
– Mən nazir olmazdan əvvəl 1983-cü ildən XİN-də işləmişəm, 12 il ABŞ-da işləmişəm. Nazir olmazdan öncə başqa qazancım yox idi?
– O zaman niyə nazir olmazdan öncə almadınız o mənzili, Elmar müəllim?
– Yüz yol var ev almaq üçün, kredit, ipoteka ilə almaq olardı, nə qədər imkan var. Amma yenə deyirəm: şübhə olsaydı, Amerikada məni parçalayardılar. Bank cavabdehdir çünki, o pul haradan, necə gəlir. Şübhə olmayanda imkan yaradırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA