Toğrul Qafarbəyli dövlətimizə, prezidentimizə şərəflə xidmət edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
2-11-2023, 06:00
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Kənd Təsərrüfatı Nazirliyinin protokol rəhbəri Toğrul Qafarbəyli barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Toğrul Qafarbəyli Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Toğrul Qafarbəyli Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Toğrul Qafarbəyli qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Toğrul Qafarbəylinin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Toğrul Qafarbəyli səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Toğrul Qafarbəyliyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Toğrul Qafarbəyli peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Toğrul Qafarbəyli bu işin müqəddəsliyini qoruyub saxlayır. Toğrul Qafarbəyli kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Toğrul Qafarbəyli Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Toğrul Qafarbəyli insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Toğrul Qafarbəyli bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Toğrul Qafarbəyli özünü doğruldub. Bizdə hörmətli Toğrul Qafarbəyliyə dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Toğrul Qafarbəyli - Bu gün qürur hissi ilə söyləyə bilirik ki, son 20 il ərzində Ölkəmizdə hər bir sahə üzrə sürətli inkşaf hökm sürmüş, qarşıya qoyulmuş bütün vəzifələr ən yüksək səviyyədə icra olunmuşdur. Necə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan 20 il bundan əvvəl Azərbaycan Respublikasının Konstitusiyasına və “Qurani-Kərim”ə əl basaraq Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyinə, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına and içmişdi, elə də oldu.
Bəli, bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin, müstəqilliyimizi təmin edəcək dərəcədə güclü iqtisadiyyat, güclü ordu yaradıldı. Dövlət başçımızın apardığı mükəmməl iqtisadi siyasət sayəsində öz iqtisadi müstəqilliyini təmin edən Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Təsadüfi deyil ki, artıq Azərbaycanla dünyada hesablaşırlar, Azərbaycanın mövqeyi nəinki regionda, hətta daha böyük coğrafiyada diqqətlə izlənilir və böyük məna daşıyır. Azərbaycan ordusunun dünyada yaranmış bu imici təbii ki, üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etməsi, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı ilə erməni seperatçılarının torpaqlarımızdan təmizlənməsi sayəsində formalaşıb.
Cari ilin 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldan Prezident İlham Əliyevin xalqa müraciəti tarixi bir çıxış idi. Bu müraciət 20 il əvvəl etimad göstərdiyi, inandığı, inandığı üçün də böyük səs çoxluğu ilə seçdiyi liderinin qədirbilən xalqına bir növ hesabatı idi. Necə ki, Prezident İlham Əliyev Ulu Öndərin Qəbri üstünə gəlib Şuşanın azad olunması haqqında hesabat verdi, ata vəsiyyətini yerinə yetirməyin xoşbəxtliyini yaşadı, eləcə də bu gün Azərbaycan xalqına 20 il əvvəl seçilən zaman verdiyi bütün vədlərin həyata keçirildiyinin hesabatı idi bu müraciət. Azərbaycan xalqı da bu xoşbəxtlikdən öz nəsibini aldı, Xankəndi şəhərində Dövlət Bayrağımızın dalğalanmasının qürurunu yaşadı. Həm də bu qaldırılan bayraq, Qalib Sərkərdənin Qarabağ salnaməsinin epiloqu, “Qarabağ Azərbaycandır” ifadəsinin “nida”sı oldu.
Möhtərəm prezidentimiz İlham Əliyevin 15 oktyabr tarixli Qarabağ səfəri bir daha gözlər önünə sərdi ki, biz təkcə torpaqlarımızı geri qaytarıb ərazi bütövlüyümüzü təmin etməmişik, biz həm də öz ləyaqətimizi bərpa etmişik.
Bunu Xankəndi şəhərində, Sərsəng su anbarının ərazisində, Ağdərə şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində Dövlət Bayrağının ucaldılması mərasimlərində bütün dünyaya nümayış etdirən dövlət başçımız həm də onu göstərdi ki, Azərbaycan xalqının doğma torpaqlara böyük köçü başlayıb, Azərbaycan Bayrağı Qarabağ səmasında artıq sonsuzadək dalğalanacaq, Azərbaycan xalqı sonsuzadək bu torpaqlarda yaşayacaq.