zamanlabirge.az
zamanlabirge.az

Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir

1-12-2021, 21:27

Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir Yeni geosiyasi reallıq, Qarabağın dinamik dirçəlişi, nəqliyyat kommunikasiyalarının açılması və yeni iqtisadi imkanlar Azərbaycanın tanınmış regional lider kimi daha da çiçəklənməsinə və güclənməsinə yol açır.
Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Qazaxıstan Respublikasının Birinci Prezidenti Gününün qeyd edilməsi ilə bağlı keçirilən tədbirdə deyib.
“Qarabağda vəziyyətin sabitləşməsi Cənubi Qafqazda sabitliyə şərait yaradır, Zəngəzur dəhlizinin yaradılması Naxçıvan vasitəsilə Azərbaycanla Türkiyə, daha sonra isə Avropa ilə əlaqələri gücləndirəcək. Bu, həm də ölkəmizin Xəzər limanı infrastrukturunun artan potensialı üçün yeni imkanlar açır”, - səfir bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA