zamanlabirge.az
zamanlabirge.az

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA Katibliyinin nümayəndə heyəti ilə görüşüb

7-12-2021, 09:58

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA  Katibliyinin nümayəndə heyəti ilə görüşüb Dekabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Şurası Katibliyinin rəhbəri Dmitriy Kobitskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin sədri qonaqları salamlayaraq, Azərbaycanın beynəlxalq qurumlarla, o cümlədən MDB PA ilə əməkdaşlıq etdiyini bildirib. O, qeyd edib ki, Milli Məclisin deputatları beynəlxalq tədbirlərdə fəal iştirak edir, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirirlər.
Görüşdə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasından, burada törədilmiş dağıntılardan söz açan Sahibə Qafarova bildirib ki, biz bu gün sülhdən, gələcək inkişafdan danışmaq istəyirik. Ötən il noyabrın 10-da imzalanmış Üçtərəfli sazişin müddəalarına birmənalı şəkildə əməl olunması region dövlətlərinin ümumi mənafelərinə xidmət edir. Sahibə Qafarova xalqımızın regionun gələcəyinə böyük ümidlərlə baxdığını söyləyib.
Söhbətdə parlamentin sədri MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ-nin) fəaliyyətini və institutun Bakı filialının gördüyü işləri müsbət dəyərləndirib. Qeyd edilib ki, institutun Bakı filialı MDB məkanında seçki, referendum kimi siyasi prosesləri yaxından izləyir, onların monitorinqində iştirak edir, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə öz layiqli töhfəsini verir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən MDB PA Şurası Katibliyinin rəhbəri Dmitriy Kobitski başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldıqlarını söyləyib. Qonaq təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin dərinləşməsinə önəm verdiyini deyib. Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinin MDB PA-nın tədbirlərində fəal iştirakı, azərbaycanlı deputatların model qanun yaradıcılığınaverdikləri töhfə MDB PA ilə Milli Məclis arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıqdan xəbər verir.
Dmitriy Kobitski ölkəmizə səfər çərçivəsində onların MDB PA-nın DİMBİ-nin Bakı filialının yeni ofisində yaradılmış şəraitlə yaxından tanış olduqlarını, filialın əməkdaşları ilə söhbətlər apardıqlarını, görülən işlərlə maraqlandıqlarını diqqətə çatdırıb. Qeyd edib ki, institutun mərkəzi ofisi ilə Bakı filialı arasında sıx əməkdaşlıq yaranıb.
Görüşdə MDB PA-nın DİMBİ-nin direktoru İvan Muşket çıxış edərək başçılıq etdiyi institutun Bakı filialı ilə birlikdə gələcəkdə görüləcək işlər barədə fikirlərini bölüşüb.
Qəbulda Rusiya Federasiyası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Nizami Səfərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, MDB PA Şurasının Baş katibinin müavini - Milli Məclisin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA DİMBİ-nin Bakı filialının direktoru Teymur Muradov və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA  Katibliyinin nümayəndə heyəti ilə görüşüb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA