zamanlabirge.az
zamanlabirge.az

Dövlət qulluğunun inkişafına dair Fəaliyyət Planı təsdiqlənib

30-12-2022, 12:14

Dövlət qulluğunun inkişafına dair Fəaliyyət Planı təsdiqlənib Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Dövlət İmtahan Mərkəzinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin, Fəaliyyət Planının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA