zamanlabirge.az
zamanlabirge.az

Britaniyalı nazir Şəhdilər Xiyabanını ziyarət edib

23-02-2023, 10:47

Britaniyalı nazir Şəhdilər Xiyabanını ziyarət edib Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Şəhidlər Xiyabanını ziyarət edib.
Bu barədə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tvitter hesabında qeyd edib.
"Cənab nazir Leo Dokerti ilə Şəhidlər Xiyabanını ziyarət edib, 1990-cı il yanvarın 20-də Sovet İttifaqı qoşunlarının dinc əhaliyə divan tutması nəticəsində həyatını itirənləri yad etdik", - deyə qeyd edilib.
Qeyd edək ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti fevralın 22-dən Azərbaycanda səfərdədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA