zamanlabirge.az
zamanlabirge.az

Azərbaycan ədliyyəsi öz prioritetləri ilə öndədir

25-11-2019, 18:40

Azərbaycan ədliyyəsi öz prioritetləri ilə öndədir Biz ümummilli lider Heydər Əliyevn vətən və millət qarşısındakı misilsiz xidmətlərini daim minnətdarlıq hssi ilə xatırlamağı özümüzə borc bilirik; çünki o, Müstəqil Azərbaycanı məhv olmaq təhlükəsindən qurtarıb...
Dahi öndərin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi tariximizin ən mühüm və silinməz səhifələrni təşkil edir. Xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar olunmasına ulu öndər Heydər Əliyevn qətiyyəti nəticəsində nail olmuşdur. Məhz ulu öndərin apardığı siyasi xətt sayəsində ölkəmizdə ədliyyə işi günün reallığı kimi özünü xarakterizə etdirə bilmişdir.
Artıq dünya təcrübəsi göstərir ki, dövlətin davamlı inkşafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması vacib şərtidr. Ümummilli liderimiz müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu dəfələrlə qeyd etmiş, onun mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir. 1918-ci ildə yaradılmış Ədlyyə Nazirliyinə sovetlər dövründə biganə münasibət göstərilmiş, Nazirlik məhdud səlahiyyətlər çərçivəsində fəaliyyət göstərmiş və bu qurum dəfələrlə ləğv edilmişdr. Nazirliyin səmərəli dövlət strukturu kimi təşəkkül tapması Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Azərbaycan rəhbərliyinə ilk gəlişi ilə ədlyyə sistemində də intbah başlamış, Ədlyyə Nazirliyi 1970-ci ildə bərpa olunmuş, onun fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edilmiş, milli kadr hazırlığına xüsusi diqqət yetirilmiş, bununla da ədliyyə işinin gələcək inkşafı üçün hərtərəfl zəmin yaranmışdır. Təsadüfi deyildir ki, nazirliyin yenidən təsis olunması ilə bağlı imzalanmış həmin qərarların surəti Ədliyyə tarix muzeyində qiymətli eksponat kimi saxlanılır. Azərbaycan ədliyyəsinin inkşafının əsaslı dönüş mərhələsi ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Və məhz Heydər Əliyevin rəhbərliyi altında hüquqi dövlət quruculuğu prosesində yaxından iştrak edən ədliyyə orqanlarının inkşafına daim qayğı göstərilmiş, Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu və əhəmyyəti artmış, ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişikliklər aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür.
Ulu öndər Heydər Əliyevin öz çıxışlarında "Hər bir şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzfələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştrak etməlidir" deməsi ədliyyə işçilərinin məsuliyyət yükünü ikiqat artırıb.
Ulu öndər tərəfindən başlanmış və bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən işlər Azərbaycanda həyata keçirilən islahatların real təzahürü olmaqla, ölkənin hərtərəfli tərəqqisinə xidmət edir.
Heç kəs şübhə etmir ki, ədliyyə işçiləri bundan sonra da ulu öndərimizin müəyyən etdiyi dövlətçilik amallarına daim sadiq qalacaq, ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə möhtərəm Prezidentimizə layiqli yardımçı olacaq, yüksək əzmlə çalışacaqlar.
Ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq.

Fərqanə Müseyibqızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA