zamanlabirge.az
zamanlabirge.az

“2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib

26-11-2019, 10:41

“2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib Milli Məclisin dünən keçirilən plenar iclasında “2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib.
Gələn ilin dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 894,7 milyon manat məbləğində proqnozlaşdırılır.
Sənəd müzakirə edilib və səsverməyə qoyularaq təsdiqlənib.
Deputatlar həmçinin “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında", “2020-ci il üçün yaşayış minimumu haqqında" və "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinidə ikinci oxunuşda səsə qoyaraq qəbul ediblər.
Gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ehtiyac meyarı isə 160 manat məbləğində müəyyən edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA