zamanlabirge.az
zamanlabirge.az

Rusiya XİN Azərbaycan-Ermənistan sərhədində və təmas xəttində atəşkəsin pozulmasına münasibət bildirib

12-03-2020, 20:34

Rusiya XİN Azərbaycan-Ermənistan sərhədində və təmas xəttində atəşkəsin pozulmasına münasibət bildirib Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində və təmas xəttində atəşkəsin pozulması hallarına münasibət bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə sərhəddə və qoşunların təmas xəttində baş verən insidentlərə görə təəssüfləndiklərini deyib: "Təəssüflər olsun ki, sərhəddə və qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması halları davam edir. Nəticədə ölənlər və yaralananlar var. Ölənlərin yaxınlarına başsağlığı verirəm. Biz tərəfləri güc tətbiq etməkdən çəkinməyə, münaqişənin siyasi yolla həllinə istiqamətlənən danışıqlar prosesini aktivləşdirməyə çağırırıq. Sizi əmin edə bilərik ki, biz bu mövzunu izləməyə davam edəcəyik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA