zamanlabirge.az
zamanlabirge.az

SMS icazə ilə bağlı əhaliyə XƏBƏRDARLIQ edildi

24-06-2020, 10:09

SMS icazə ilə bağlı əhaliyə XƏBƏRDARLIQ edildi Araşdırmalar nəticəsində müəyyən edilib ki, 8103 sms icazə sistemində sui-istifadə hallarına yol verilir. Bəzi vətəndaşlar tibbi zərurət olmadığı halda ''1'' kodundan istifadə edir. 2 gün ərzində bu kodla 129 min 763 şəxs müraciət edib.
Sərt karantin rejminin tətbiq edildiyi bu günlərdə bəzi vətəndaşlar tərəfindən sms icazə sistemində sui-istifadə hallarına yol verilib. Bəzi vətəndaşlar tibbi zərurət olmadığı halda ''1'' kodundan istifadə edib.
ASAN xidmət SMS kodlarından sui-istifadə halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edir. ASAN xidmətin mətbuat katibi Elnur Niftəliyev deyir ki, sui-istifadə halları davam edərsə, icazələrlə bağlı məhdudiyyətlər tətbiq edilə bilər.
Qeyd edək ki, ümumilikdə 2 gün ərzində evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 1 milyon 769 min SMS göndərilib ki, bunlardan 25 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 99,3 faizi 1 dəqiqə ərzində cavablandırılıb. Hazırda əməkdaşlar üçün icazənin alınması ilə bağlı 54 min 512 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs üzrə 738 min 937 aktiv icazə qüvvədədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA