zamanlabirge.az
zamanlabirge.az

Yol polisi dərs mövsümü ilə bağlı tədbirlərə başladı

12-09-2020, 11:33

Yol polisi dərs mövsümü ilə bağlı tədbirlərə başladı Yol polisi Biləsuvarda profilaktiki tədbirlər görüb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, yeni dərs ilinin başlanması ilə əlaqədar baş verə biləcək yol qəzalarının qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi çərçivəsində keçirilən tədbirlərlə bağlı Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən profilaktiki işlərə başlanıb.
Nəqliyyat vasitələrin sayının ilbəil artması fonunda yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində, o cümlədən məktəblilərin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısının alınması və azyaşlıların həyat və sağlamlıqlarının qorunması polisin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində Biləsuvar rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi və Baş Dövlət Yol Polisi İdarəsininnin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən təhsil müəssisələrinin yerləşdiyi ərazilər, həmçinin, məktəblilərin hərəkət marşrutlarında yol şəraiti müayinə edilərək bir sıra işlər görülüb. Bura yeni yol nişanlarının qoyulması və köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi və digər işlər daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA