zamanlabirge.az
zamanlabirge.az

Davamlı inkişaf mərhələsi

22-09-2020, 18:29

Davamlı inkişaf mərhələsi Tahir Məmmədov
Yasamal Bələdiyyəsinin sədri


Bəllidir ki, sivilizasiya inkişaf etdikcə, dünya ölkələri də bu inkişafla ayaqlaşmağa cəhdlər edir. Təbii ki, ölkələr bu sürətlənməyə hazır şəkildə deyil, ibtidai aura ilə qoşulur, əlaqələr, münasibətlər və siyasi bağlılıqlar artdıqca, onların da dünyaya inteqarsiyasında bir zərurilik yaranır. Səmimi etiraf edək ki, odlar ölkəsi Azərbaycan da özünün ictimai-siyasi, sosial-iqtisadi və mədəni varlığı ilə qlobal proseslərdə bir növ, fədakarlıq göstərir. Bu reallığı dövlətimizin beynəlxalq siyasi və mədəni proseslərdəki fəallığı ilə isbat etmək mümkündür. Ölkə qanunvericiliyindəki müasirlik də bu prosesin bir məntiqidir. Məhz bu məntiqi əsas götürərək ölkə prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizdə tolerantlıq, multukultural dəyərlər öz sərbəst xarakterini aydın ifadə edir.
Yeniləşən, inkişaf edən Azərbaycanda insan modeli, insan hüquq və azadlıqları prinsipləri, vətəndaş amili dövlətimizin əsas diqqət və qayğı hədəfi kimi xarakterizə edir. Yəni, bu proses kommunikativ əsaslardır, özündə ciddi sosioloji məqsədlər ehtiva edir; nəticə etibarilə, humanistlik, modernləşmə cəhdləri vətəndaş cəmiyyətinin aparıcı xətti kimi diqqət çəkir.
Bilirik ki, bu gün Azərbaycanda davamlı inkişaf mərhələsi başlamış, əhalinin sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər insan kapitalının inkişafını, şəxslərin qanunla münasibətlərinin başlıca məqsədlərini mühüm bir vəzifəyə çevirib. Ölkənin dini tolerantlıq və multukulturalizm işində qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaq, vətəndaşların həyata baxışını yüksəltmək üçün sivil innovasiyalardan düzgün istifadə etmək vacib məsələdir.
Dövlətçilik mühüm amildir. Multukulturalizm də dövlətçilik işinin əsas prioritetidir. Çox sevindirici haldır ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yaddaqalan qərar və sərəncamları bu mühüm işin tarixi perspektivlərinə örnəklik bəxş edir. Bu proses hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur.
Son illər Azərbaycanın tolerantlıq və multukulturalizm sahələrini böyük uğurlar müşayiət edir. Bu sistemin hazırkı perspektivi cəmiyyət prioritetliyinin hansı səviyyədə olduğunu göstərir. Doğrudan da, son illərdə müstəqil cəmiyyət faktorları ölkədə günün reallığını tam mənada əks etdirir, həyata keçirilmiş islahatlar yüksək dinamik və sürətlənən inkişafa əsaslı zəmin yaradır, xarici ölkə vətəndaşları özlərini ölkəmizdə sərbəst hiss edir, öz dini ayinlərini rahat şəkildə icra edə bilirlər.
Azərbaycan böyük gələcəyə uğurla və inamla addımlayır. Bu yolun başlanğıcında dayanan Heydər Əliyev siyasəti çox şükür ki, bu yolun sonunda da öz parlaqlığı ilə təcəssüm edir. Məhz bu amilə əsaslanaraq bu gün xalqımızın söz, əqidə və əməl birliyinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənir. Ölkənin multukulturalizm və dini təcəssüm məsələlərinin müasir standartlara uyğunlaşdırılması da bu işlərin sırasındadır. Azərbaycan multukulturalizm dəyərləri, onun hazırkı infrastrukturu sivil və təhlükəsiz cəmiyyət reallığından da xəbər verir. Səmimi etiraf edək ki, bu amil son illər öz effektiv dəyərlərini ikiqat artırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA