zamanlabirge.az
zamanlabirge.az

Rəsmi sənədləri saxtalaşdırmadan şəxs MƏHKƏMƏ QARŞISINDA

3-05-2019, 14:51

Rəsmi sənədləri saxtalaşdırmadan şəxs MƏHKƏMƏ QARŞISINDA Dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilən Haldun Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşədirilib.
Məhkəmənin baxış iclası mayın 10-na təyin edilib.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü H.Hacıyev dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirli bilinir.
Vətəndaşların şikayətləri əsasında, H.Hacıyev barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, lakin o, istintaqdan yayınıb. Daha sonra H.Hacıyev “İnterpol” xətti ilə axtarışa verilib və Türkiyədə saxlanılıb. O, bir müddət sonra Azərbaycana ekstradisiya edilib.
Cinayət işində 5 zərərçəkmiş var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA