zamanlabirge.az
zamanlabirge.az

5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzil veriləcək - Nazir

1-03-2021, 14:10

5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzil veriləcək - Nazir Növbəti 5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzilin verilməsi nəzərdə tutulur.
Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, bu il rekord sayda - 3000 mənzilin şəhid ailələri və müharibə əlillərinə verilməsi planlaşdırılır.
S.Babayev deyib ki, 2021-ci ilin yanvar ayınadək ölkədə 9178 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Təkcə ötən il 1572 mənzil bu kateqoriyadan olan insanlara təqdim edilib. Həmin mənzillərin 1500-ü dövlət vəsaiti hesabına, 72-si isə sosial tərəfdaşlar tərəfindən təqdim olunub.
Nazir əlavə edib ki, indiyədək verilən mənzillər 2014-cü ilin yanvar ayınadək növbəyə dayanmış şəhid ailələri və müharibə əlillərini əhatə edirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA