zamanlabirge.az
zamanlabirge.az

Bacarıq uğurlu işin imzasıdır

2-08-2022, 12:33

Bacarıq uğurlu işin imzasıdır Bilirik ki, ölkəmizdə strateji inkişafın əsas hədəfinə çevrilmiş dinamik yüksəliş, infrastrukturun təzələnməsi, yeni istehsal sahələrinin yaradılması, geniş tikinti-quruculuq və abadlıq işləri ölkədə aparılan islahatların məntiqi davamıdır və bu istiqamətdə Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin də üzərinə məsul vəzifə düşür. Departamentin bir işi mənzillərin prosedur zərurətidirsə, digər işi sosial-iqtisadi tərəqqi və hərtərəfli yeniləşmənin əsas istiqamətini təşkil etməkdir. Heç şübhəsiz, bu zəmin adıçəkilən departamentin baş mühəndisi Sabir Həsənovun da əməli işində özünü aşkar göstərir. Sabir müəllim əhalinin, inzibati binaların, sosial-mədəni obyektlərin qanunamüvafiq qaydada əhatə olunması üçün üzərinə düşən işi prosedur qaydada görür, müasirləşməni, sosial problemlərin sürətlə həllini vacib sayır. O, həmçinin, yerli infrastruktur layihələrin icra olunmasını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını və nəticədə, əhalinin rifahının yüksəlməsini başlıca məqsəd hesab edir.
Sabir müəllim, eləcə də, ölkə prezidentinin Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi davamlı diqqət və qayğını çox yüksək qiymətləndirir, yaşayış massivlərinin problemlərinin həllinə yönələn məsələləri bir uğur sanır.
Əslində, bu yazı Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənovun ad gününə bir töhfədir. Biz bir qədər əhatəli manevr etdik ki, onun iş və fəaliyyətindəki uğurları oxucularımıza bir istinad edək.
Sabir müəllim, gec də olsa, ad gününüzü təbrik edir, sizə fəaliyyətinizdə uğurlar, can sağlığı arzulayırıq. Sizin kimi kadrlar cəmiyyətimizə böyük töhfə verirlər.

Fərqanə Müseyibqızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA