zamanlabirge.az
zamanlabirge.az

Bütün döyüş əməliyyatlarımız ildırımsürətli olub - DSX-nin hərbçiləri

20-10-2022, 10:17

Bütün döyüş əməliyyatlarımız ildırımsürətli olub - DSX-nin hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin bütün hərbi birləşmələri 44 günlük Vətən Müharibəsində bənzərsiz qəhrəmanlıqlar və şücaətlər nümayiş etdirib. Hərbçilərimiz bir gün belə geri çəkilmədən qətiyyətlə irəliləyərək ildırımsürətli döyüş əməliyyatları ilə düşməni darmadağın edib.
Trend TV-nin Qarabağ bürosunun çəkiliş qrupu bu günlərdə Cəbrayıl və Zəngilan rayonlarında olub, bu ərazilərdə aparılan döyüş əməliyyatlarında iştirak etmiş Dövlət Sərhəd Xidmətinin, (DSX) həmçinin Müdafiə Nazirliyinin bir qrup hərbi qullquçusu ilə görüşüb.
DSX mənsubu, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov, hərbi qulluqçulardan Ələddin Tağıyev, Nəsib Mirzəyev, MN hərbi qulluqçusu Əli Gündüz və başqaları keçdikləri döyüş yolundan danışıb, unikal əməliyyatların detallarını açıqlayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA