zamanlabirge.az
zamanlabirge.az

Biləsuvarda brakonyer tutuldu - 12 cürə quşu ovlayıb

30-08-2019, 10:48

Biləsuvarda brakonyer tutuldu - 12 cürə quşu ovlayıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu Mahmudçala ovçuluq təsərrüfatında icazəsiz ov edən şəxs saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan şəxsdən 1 ov tüfəngi, 18 patron və 12 cürə quşu götürülüb.
Araşdırma zamanı brakonyerin Neftçala rayonu Qaçaqkənd kənd sakini Bəxtiyar İsmayılov olduğu məlum olub. Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və o, 1066 manat məbləğində cərimə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA