zamanlabirge.az
zamanlabirge.az

Uşaqlar üçün dərs və əyləncəni əhatə edən proqram tərtib edilsin - Valideynlər üçün tövsiyə

30-03-2020, 14:25

Uşaqlar üçün dərs və əyləncəni əhatə edən proqram tərtib edilsin - Valideynlər üçün tövsiyə Üç həftə əvvələdək uşaqlar məktəb və parklarda keçirdikləri vaxtı indi xüsusi karantin rejimində evdə keçirirlər. Və üstəlik, bu rejimin nə vaxta qədər davam edəcəyi bəlli deyil. Günün 24 saatını evdə keçirmək isə uşaqlar üçün cansıxıcı ola bilər. Ona görə də ekspertlər deyirlər ki, uşaqları yoruculuqdan xilas etmək üçün valideynlər övladları üçün dərs və əyləncəni əhatə edən xüsusi proqram tərtib edə bilərlər.
Psixoloq Nigar Cəbrayılova hesab edir ki, uşaqlara sinifdənxaric materiallar oxudarkən onların istəkləri nəzərə alınmalıdır.
Nigar Cəbrayılovanın sözlərinə görə, bu mərhələdə uşaqlarda yeni vərdişlər də formalaşdırıla bilər. Məsələn, həyətyanı sahələri olanlar uşaqları ilə birgə ağac əkə və ona qulluq göstərə bilərlər. Bütün bunlarla yanaşı, uşaqlara həm də bu vəziyyətin müvəqqəti olduğunu başa salmaq lazımdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA