Məktəblər bu il açılmaya bilər - Nazir müavini
Məktəblərin fəaliyyətini bərpa etməsi epidemik göstəricilərdən asılı olacaq.
Bunu Bakı Biznes Mərkəzində keçirilən brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
Qasımov məktəblərin fəaliyyətinin bərpası ilə bağlı konkret qərar olmadığını, müvafiq qayda və təlimatların hazırlanmaqda olduğunu vurğulayıb.