zamanlabirge.az
zamanlabirge.az

“İmtahan binasının yanında gözləyən valideyn cərimələnə bilər”- Ekspertdən açıqlama

21-07-2020, 14:06 7 dəfə baxılıb

“İmtahan binasının yanında gözləyən valideyn cərimələnə bilər”- Ekspertdən açıqlama "Arayış verilmiş valideyn və ya digər ailə üzvü imtahan binasının yaxınlığında gözləmək hüququna malik deyil".
Bu sözləri təhsil eksperti Kamran Əsədov bildirib. O qeyd edib ki, pandemiya dövründə imtahanların təşkili olduqca məsuliyətli bir işdir:
“Mart ayından dərslərlə bərabər bütün imtahanlar da təxirə salınıb. Uzun fasilədən sonra iyun ayının 10-undan etibarən DİM yenidən imtahanları təşkil etməyə başlasa da, sərt karantin elan olunan şəhər və rayonlarda imtahanların keçirilməsi təxirə salınmaqda davam edirdi. Bu da şagirdlərin haqlı olaraq narazılığına səbəb olurdu. Uzun müddət tədris prosesindən kənarda qalmaq, hazırlıq kurslarının və repititorların xidmətindən istifadə edə bilməmə şagirdlərin psixoloji gərginliyinə də səbəb olurdu. Uzun müzakirələrdən sonra sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda da imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verildi və 23-24 iyulda imtahanlar keçiriləcək”.
Ekspert bildirib ki, nəzərə alsaq ki, imtahanların keçirildiyi ərazilərdə sərt karantin rejimidir və sərbəst hərəkətə icazə verilmir. Bu zaman imtahanda iştirak edəcək şagirdlərin hər il olduğu kimi yanında valideyinlərinin getməsi mübahisəli mövzudur:
“İctimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq bu il şagirdlərin yanında valideynin getməsində dəyişiklik var. Belə ki, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. Belə ki, imtahan iştirakçısı “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap edə bilər. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz. Hansı valideynin onu imtahana aparıb gətirməsini imtahan iştirakçısı özü müəyyən edəcəkdir. Bir vacib məqam var ki, arayış verilmiş valideyn və ya digər ailə üzvü imtahan binasının yaxınlığında gözləmək hüququna malik deyil. Onlar şagirdi imtahan binasına yola salıb ordan uzaqlaşmalıdırlar. Əks tədqirdə cərimələnə bilərlər”.
Xatırladaq ki, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA