zamanlabirge.az
zamanlabirge.az

46 mindən çox müəllim işə qəbul olunmaq istəyir

3-08-2020, 11:01

46 mindən çox müəllim işə qəbul olunmaq istəyir Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələrinin yoxlanılması başa çatıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqənin növbəti mərhələsində 46 mindən çox namizəd iştirak etmək hüququ qazanıb. Test imtahanının mərhələsi barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Qeyd edək ki, müsabiqəyə elektron sənəd qəbulu iyulun 16-25-də keçirilib. Müsabiqədə iştirak etmək üçün 53 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA