zamanlabirge.az
zamanlabirge.az

Azərbaycanda ali məktəblə peşə məktəbinin birgə kampusu yaradılacaq

14-08-2020, 13:35

Azərbaycanda ali məktəblə peşə məktəbinin birgə kampusu yaradılacaq Bu il Mingəçevir Dövlət Universiteti və Mingəçevir Peşə Məktəbinin birgə kampusunun layihələndirilməsi işlərinə start veriləcək.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib.
Onun sözlərinə görə, hazırda peşə təhsili müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi və infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində bir sıra işlər həyata keçirilir.
P.Yusifov qeyd edib ki, növbəti ildə Xaçmaz Peşə Məktəbində yeni istixananın, Quba Peşə Liseyində dəmirçi emalatxanasının, Qax Peşə Liseyində dəmirçi və dülgər emalatxanalarının, həmçinin yenidən qurulmuş Bərdə Peşə Liseyinin tələbələrin ixtiyarına verilməsi planlaşdırılır. Cəlilabad Peşə Təhsil Mərkəzinin tikintisi, Lənkəran Peşə Təhsil Mərkəzinin layihələndirmə işləri davam edir:
"Bu il Mingəçevir Dövlət Universiteti və Mingəçevir Peşə Məktəbinin birgə kampusunun layihələndirilməsi işlərinə də start veriləcək. Bu da sənaye üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, ali və peşə təhsili müəssisələri arasında əməkdaşlığın qurulması prizmasından çox vacib layihədir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA