zamanlabirge.az
zamanlabirge.az

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri bu gün elan olunacaq

21-08-2019, 12:34

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri bu gün elan olunacaq 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, sənəd qəbulunun nəticələri bu gün elan olunacaq.
Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə “ASAN xidmət” mərkəzlərində elektron qaydada həyata keçirilib.
Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA