zamanlabirge.az
zamanlabirge.az

Müəllim cəmiyyətin güzgüsüdür

1-07-2022, 14:51

Müəllim cəmiyyətin güzgüsüdür İnsan hislərini təsvir edən əmək münasibətləri həm də istənilən fəaliyyət sahəsində insanın göstərdiyi yüksək bacarıq və məharət kimi başa düşülür. Bu mənada cəmiyyətin ictimai resursları peşə-sənət amili kimi diqtə edilir. Bu zəruri halı Lənkəran şəhər şəhid M.Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbin ibtidai sinif müəllimi Tuğra Şəfəqqətaovnın da fəaliyyətində ictimai zərurət kimi ehtiva etmək olar.
Tuğra müəllimənin yüksək peşə bacarığı əməkdə göstərdiyi məharətdir. Onun təcrübəsindən faydalananlar yetişir, zəhmətə alışır, əl qabarından həyat nemətləri dadır. Bu, əlbəttə, Tuğra müəllimənin təhsildəki əzmkarlığının, peşəsinə olan məhəbbətinin bariz ifadəsidir. Çünki o, ibtidai sinif müəllimi kimi şagirdlərin təhsil uğurlarının artması istiqamətində özül qurub, pillə-pillə ucalıb, zəhmətə qatlaşıb, hər dəfə ucalanda bunu çiyinlərində məsuliyyət yükü kimi hiss edib, nəticə etibarilə uğura əl toxundura bilib. Hər dəfə haqqında xoş söz eşidəndə və ya təltif ediləndə, əmək münasibətləri onun üçün birinci dərəcəli status kimi ifadə olunub. O, bütün müəllimlərin bu zəruri prosesdən bəhrələnməsini vacib sanır. Müəllim cəmiyyətin güzgüsüdür
Tuğra müəllimə cəmiyyət işindəki fərqli cəhətləri ilə seçilən, bacarığına, ictimai fəallığına şahid olduğumuz, gələcək müvəffəqiyyətlərinə də güvəndiyimiz istedadlı pedaqoqdur. O, bəllidir ki, yeniyetmə yaşlarından ictimai işlərdə fərqlənib, cəmiyyəti düşündürən məsələləri özünün vətəndaşlıq missiyası hesab edib. Onun tez-tez ictimai tədbirlərdə iştirakı, fərqli münasibət bildirməsi gələcəkdə daha yetkin bir insan olacağına işarə imiş. Ağıllı olması, çalışqanlığı, öz zəkası ilə çoxlarını heyrətləndirən Tuğra xanım ətrafına qarşı həmişə həssas və doğma olub, səmimiyyəti ilə hörmət və nüfuz qazanıb. O, özünü təkcə sosial aləmdə deyil, həm də təhsil işində bitkin nəzərlərlə təsdiqləyib, bu əhatədə qərar tutanlara dövlətçilik sevgisi aşılayıb. Onun bütün sahələrə dərindən nüfuz etməsi sözün əsl mənasında bacarıqlı və istedadlı olmasına dəlalət edir. Elə buna görədir ki, yetişdirdiyi şagirdlər layiqli vətəndaş, mütəxəssis və xalqa fayda verən insanlara çevriliblər.
Maraqlı haldır ki, Tuğra müəllimin bir vaxtlar dərs dediyi dördüncü sinif şagirdləri onun 60 illik yubileyi ərəfəsində həm də on birinci sinifdən məzun oldular. Əlbəttə, onlar Tuğra müəllimdən aldıqları savadla ali təhsil ocaqlarına qəbul olar, Tuğra müəllimə sevinc və 60 illik yubileyinə töhfə verərlər.
Tuğra müəllim 1983-cü ildən Lənkəran şəhər şəhid M.Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyir, təhsil verdiyi şagirdlərin bir çoxu artıq cəmiyyətdə tanınmış, nüfuz qazanmış şəxslərdir. Bu, Tuğra müəllimi ikiqat sevindirir. Çünki ağac da bar verəndə, ona qulluq edən bağban sevinc hisləri ilə dolub-daşır.
Tuğra müəllimi 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, bundan sonrakı pedaqoji fəaliyyətində də müvəffəqiyyətlər arzulayırıq.

Fərqanə Müseyibqızı
/zamanlabirge.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA