zamanlabirge.az
zamanlabirge.az

Xətai Sənət Mərkəzində “DOĞMA DİYAR-AZƏRBAYCAN” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq

14-12-2022, 13:49

Xətai Sənət Mərkəzində “DOĞMA DİYAR-AZƏRBAYCAN” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq Dünya Azərbaycanlılarının Həmrəyliyi - birlik gününə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularının, həmçinin, vətənpərvərlik və vətən sevgisi hislərinin formalaşmasına xidmət, habelə, böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması məqsədi elan olunmuş “DOĞMA DİYAR-AZƏRBAYCAN” adlı ənənəvi respublika uşaq rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq.
Nəzərinizə çatdıraq ki, müsabiqə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə baş tutmuşdur.
Mövzusu Azərbaycan olan müsabiqəyə təqdim olunan əsərlərin əsasını qəhrəmanlıq, vətənpərvərlik və vətənin tərənnümünə itfa olunmuş əsərlər təşkil edir.
Seçilmiş əsərlərin katoloqu və seçilənlərin siyahısını
https://www.yumpu.com/xx/document/read/67426527/dogma-diyar-azrbaycan-2022
elan edirik.
Müəllif kataloqda şəkili olan əsərini çərçivələnmiş formada və çərçivənin arxasında şəxsi məlumatlarını qeyd etməklə 17 dekabrdan gec olmayaraq Xətai Sənət Mərkəzinin ikinci mərtəbəsinə təqdim etməlidir.
Sərgilər dekabr ayının 19,20,21,22 tarixlərində saat 16.00 da Xətai Sənət Mərkəzində keçiriləcək.
Müsabiqəyə ölkəmizin müxtəlif guşələrindən 1500-dən çox uşaq, yeniyetmə və gənc 2000-dən artıq əsər təqdim etmiş, 800-ə yaxın əsər sərgilənmək üçün seçilmişdi.
Həmçinin, ən az 4 əsəri təmsil olunan yaradıcılıq müəssələri təşəkkürnamə ilə təltif olunacaq.
Fəal tədris mərkəzləri ardıcıllıqla təqdim olunur.
Lənkəran şəhəri UİM, 147№ məktəb, 2№ İM, Massallı 11 illik İncəsənət məktəbi,
4№ UİM, 108№ məktəb, Lənkəran şəhəri 6 № orta məktəb, Şirvan DRQ, Şamaxı şəhəri İTM, Qax UİM, Qazax DRQ, Sumqayıt şəhəri 2№ UGİM, EDUGrata Tədris Mərkəzi, Sumqayıt şəhəri 1№, Sumqayıt ş, C.Cabarlı adına Mədəniyyət evi, 187 № məktəb, ART School Vusala, ART School Romana, Xətai r. Balaxanı Creattive Centre, C Cabbarlı a. kitabxana, İsmayıllı ş, 19№ orta məktəb, Kürdəxanı qəsəbə Mədəniyyət evi, 5№ UİM, ART School Rufana, Astara DRQ, Azərbaycan-British College, F.Əmirov a. 6 № Musiqi məktəbi, Gold Acedemy, M.Abbasov a. Maştağa Mədəniyyət mərkəzi, Rərgarəng Art studio, Verbal Tədris mərkəzi, Füzuli ş. 1№ UİM, Meqa education, Sumqayıt 3№ UİM, Sumqayıt Ə.Bakıxanov a. 1№ UİM, 295№ məktəb, Xətai Uşaq Rəsm Yaradıcılıq Mərkəzi, 326№ məktəb, ADMİU nəzdindəki gimnaziya, 187№ məktəb, Şəki Çayqaraqoyunlu kənd orta məktəbi, Elitar tədriz Mərkəzi, 70№ məktəb, Bləndər Tədris Mərkəzi, Novxanı kənd məktəbi, Şəki 10№ məktəb, 165№ məktəb, 255№ məktəb, 2№ UGİM, 53№ məktəb, 69№ məktəb.
Tədbirin qaydalarına uyğun olaraq ilk əvvəl kənar şəxslərin toxunmadığı , əlbəttə müəllifin yaşı nəzərə alınmaqla ortaya qoyduğu əsərlər seçilb.Seçilənləri təbrik edirik. Seçilməyən üçün bunun müsabiqə olduğunu bilmələrini və öz izərlərində daha çöx çalışmalarını arzu edirik.
Mükafatlandırma fondu
Ən fəal tədris müəssəsinin kollektiv sərgisi
Seçilmiş 10 əsərin müəlliflərinin qrup sərgisi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA