zamanlabirge.az
zamanlabirge.az

Bakının daha 22 məktəbində “Kiçik Akademiya”lar yaradılacaq

29-11-2019, 13:59

Bakının daha 22 məktəbində “Kiçik Akademiya”lar yaradılacaq Bakı şəhərinin ümumi təhsil müəssisələrindəki "Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtın 285 ümumi təhsil müəssisəsində "Kiçik Akademiya”lar fəaliyyət göstərir, 22 məktəbdə isə onların yaradılması ilə bağlı hazırlıq işləri görülür, müəllimlər üçün təlimlər keçirilir.
"Kiçik Akademiya”ların elmi-tədqiqat işlərinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılmasında və onların fəaliyyətinin stimullaşdırılmasında müsbət rolu var. "Kiçik Akademiya”yaların fəaliyyətinin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi, şagirdlərdə akademiyalara marağın artırılması, rəhbərlərin düzgün təlimatlandırılması qarşıya qoyulan əsas hədəflərdəndir.
"Kiçik Akademiya” üzvü olan şagirdlər yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərir, tədqiqat sahəsində potensial imkanları ilə fərqlənir, əldə etdikləri nəticələri sərbəst şəkildə təqdim edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA