zamanlabirge.az
zamanlabirge.az

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildi

19-04-2021, 17:26

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildi Nazirlər Kabinetinin Qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.
Nazirlər Kabinetinin digər Qərarına əsasən 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA