zamanlabirge.az
zamanlabirge.az

Abşeron rayonunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

12-12-2022, 11:20

Abşeron rayonunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib Abşeron rayonunda müstəqil Azərbaycan dövlətinin banisi, xalqımıza qurtuluş bəxş edən, görkəmli siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir. İştirakçılar Xırdalan şəhərindəki Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, xatirəsini ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər.
Ulu öndərin adını daşıyan mərkəzdə keçirilən tədbirdə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq bildirib ki, Ümummilli lider Azərbaycan dövlətçiliyini dağılmaqdan, ölkədə vətəndaş müharibəsinin baş verməsindən qorumuşdur. Heydər Əliyevin rəhbərliyi ilə qısa zamanda ölkə iqtisadiyyatında surətli inkişafın əldə olunduğunu, “Əsrin müqaviləsi”nin imzalandığını, nizami ordu quruculuğunun əsasının qoyulduğunu, ölkədə bütün sahələrdə irəliləyişlərin əldə olunduğunu qeyd edən RİH başçısı bildirmişdir ki, Ulu Öndərin qurduğu Azərbaycan nəinki bölgədə, o cümlədən bütün regionda güclü dövlətə çevrilmişdir. Qeyd edilmişdir ki, Ümummilli lider Heydər Əliyevin ideyaları və Azərbaycançılıq məfkürəsi ilə tərbiyə olunmuş igid oğullarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşərək döyüş meydanında düşmənə ağır zərbə vurmuş və xalqımız Vətən Müharibəsində qalib gələrək 30 illik düşmən işğalına son qoymuşdur.
Daha sonra Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov və şəhid İlqar Vəliyevin oğlu Vəli Vəlizadə çıxış edərək bildirmişlər ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və onu öz mübarizliyi, qətiyyəti ilə müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Qeyd edilmişdir ki, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur.
Tədbirdə Ümummilli liderin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən müxtəlif sahələrdə görülmüş işlər barədə də genş danışılmış və bunun xalqımız tərəfindən yüksək qiymətləndirildiyi xüsusilə qeyd edilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA