zamanlabirge.az
zamanlabirge.az

AYNA-da təlimlər distant formada da keçirilir

7-03-2023, 11:25

AYNA-da təlimlər distant formada da keçirilir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində təlimlər davam edir. Təlimlər beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin və sürücülərin hazırlığı, yenidən hazırlığı ilə bağlı istiqamətləri əhatə edir.
Mart ayından isə təlimlər distant formada da təşkil olunur. Sənədlərini Təlim-Tədris Mərkəzinə təqdim edən və müqavilə bağlayan hər kəs kompüter vasitəsilə “ayna.empro.az” saytına daxil olaraq onlayn qaydada təlimlərə qoşula bilər.
Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nda beynəlxalq daşımalarda iştirak edən sürücülərin hazırlıq səviyyəsinə dair tələblər müəyyən edilib. Tələblərə əsasən, sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığı və yenidən hazırlığı vacib şərtdir.
Hazırlıq zamanı sürücülərə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının təşkilinin özünəməxsusluğu, bu sahədə mövcud olan hüquq normaları, işgüzar adətlər, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismarına dair tələblər və onların istismar xüsusiyyətləri, habelə ilk tibbi yardımın göstərilməsi haqqında məlumat verilir. Məşğələlərdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən sürücülərə yüklərin qəbulu, rəsmiləşdirilməsi, daşınması və təhvil verilməsi qaydaları, müxtəlif növ yüklərin daşınmasının şərtləri və xüsusiyyətləri, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlar öyrədilir.
Təlimlər Nazirlər Kabinetinin təsdiqlədiyi tədris proqramı əsasında yüksəkixtisaslı, təcrübəli müəllim heyəti cəlb olunmaqla aparılır. Yekunda imtahanlar Bakıda olduğu kimi, regionlarda da elektron qaydada keçiriləcək.
Bu günədək təlimlərdə 4000-dən çox sürücü iştirak edib. Ümumilikdə 8000-dən çox sürücünün təlimlərə cəlb edilməsi nəzərdə tutulur.
Təlimlərdə iştirak etmək istəyən sürücülər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə, həmçinin AYNA-nın “1181” Çağrı Mərkəzinə müraciət edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA