zamanlabirge.az
zamanlabirge.az

Zaqatalada qanunsuz ağac kəsiminə görə cinayət işi açılıb

27-04-2023, 12:45

Zaqatalada qanunsuz ağac kəsiminə görə cinayət işi açılıb Zaqatala rayonunun Göyəm kəndi ərazisində qanunsuz ağackəsmə barədə vətəndaş müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Zaqatala Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı rayonunun Göyəm bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində ümumilikdə 51 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 60 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA