zamanlabirge.az
zamanlabirge.az

İşçilərin hüquqlarını pozan şirkət 20 min manat cərimələndi

28-09-2023, 11:54

İşçilərin hüquqlarını pozan şirkət 20 min manat cərimələndi Zamanlabirge.az xəbər verir ki, işçilərin əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib.
Bu barədə Şirvan Şəhər Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, “Şirvan-Xidmət” ASC tərəfindən işçilərin əmək hüquqlarının pozulmasına dair vətəndaş müraciəti əsasında Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.
Faktla bağlı “Şirvan-Xidmət” ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə) maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Şirvan Şəhər Məhkəməsinin qərarı ilə ASC 20 min manat məbləğində cərimə edilib.

/zamanlabirge.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA