• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sənə Zəfər yaraşır, Azərbaycan” adlı tədbir keçirilib - FOTOLAR

Cəmiyyət

6-11-2025, 10:30

Sənə Zəfər yaraşır, Azərbaycan” adlı tədbir keçirilib - FOTOLAR "Laləli Bağça Körpələr Evi və Uşaq Bağçası" MMC-nin təşkilatçılığı ilə Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş “Sənə Zəfər yaraşır, Azərbaycan” adlı tədbir keçirilib.
Tədbirdə rəsmi qonaqlar, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri, qazilər və bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, icra başçısı Abdin Fərzəliyev adından tədbir iştirakçılarını salamlayaraq, Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. O bildirib ki, bu gün Azərbaycan xalqı qəhrəman oğullarının şücaəti sayəsində tam suveren bir dövlət kimi öz torpaqlarında bayrağını qürurla dalğalandırır.
Daha sonra Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxış edərək Zəfərə aparan yoldan və onun beynəlxalq əhəmiyyətindən danışıb. Deputat qeyd edib ki, bu qələbə təkcə ərazi bütövlüyümüzün deyil, həm də xalqımızın şərəf və ləyaqətinin bərpasını özündə təcəssüm etdirir:
“Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qazilərimizin və şəhidlərimizin qəhrəmanlığı, xalq və dövlət birliyinin vəhdəti sayəsində biz bu Zəfəri qazandıq. Bu qələbə təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün regionda yeni siyasi reallıq yaratdı”.
Şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu da tədbirdə çıxış edərək tədbir iştirakçılarını, qonaqları təbrik edib. O, xüsusilə uşaqlara müraciət edərək, onların üzərinə düşən ən vacib vəzifənin yaxşı oxumaq və gələcəyin güclü vətəndaşları olmaq olduğunu vurğulayıb.
Tədbirin bədii hissəsində Azərbaycanın Əməkdar artisti Sevinc Sariyeva, IX Muğam Televiziya Müsabiqəsinin finalçısı Yusif Cəfərbəyli, vokalistlər Amil Nuri, İbrahim Quliyev və Arif Qaraəhmədli musiqili ifaları ilə çıxış ediblər.
Tədbir zamanı "Laləli Bağça Körpələr Evi və Uşaq Bağça"sının balaca fidanları Vətənə həsr olunmuş mahnılar səsləndirib, vətənpərvərlik mövzusunda şeirlər söyləyib və rəngarəng rəqslərlə çıxış ediblər. Ardınca, "Laləli Bağça Körpələr Evi və Uşaq Bağça"sının kiçik nümayəndələri maraqlı səhnəcik nümayiş etdiriblər.
Bundan əlavə, Xırdalan 11 illik musiqi məktəbinin saz ifaçısı Murad Həsənov və həmin məktəbin Nağara ritm qrupu da tədbirdə öz çıxışları ilə iştirak ediblər.
Tədbir maraqlı musiqi və rəqs kompozisiyaları ilə davam edib. Sonda iştirakçılara təşəkkürnamələr təqdim olunub və xatirə fotosu çəkilib.

Hüseynbala Həsən

Sənə Zəfər yaraşır, Azərbaycan” adlı tədbir keçirilib - FOTOLARSənə Zəfər yaraşır, Azərbaycan” adlı tədbir keçirilib - FOTOLARSənə Zəfər yaraşır, Azərbaycan” adlı tədbir keçirilib - FOTOLARSənə Zəfər yaraşır, Azərbaycan” adlı tədbir keçirilib - FOTOLAR

Oxunub: 100155
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

22-05-2025, 17:00

Muzeydə 28 May - Müstəqillik gününə həsr olunmuş intellektual tədbir keçirilib

Cəmiyyət

12-12-2024, 10:46

Qazaxda Ümummilli Liderə həsr olunan “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir keçirilib

Cəmiyyət

27-11-2024, 11:46

Suraxanıda "Qarabağ müharibəsinin dəhşətləri və Zəfər təqvimi" adlı kitabın təqdimat mərasimi keçirildi

Cəmiyyət

8-11-2024, 11:49

DİN-də Zəfər Gününə həsr olunmuş təntənəli mərasim olub

Cəmiyyət

27-09-2024, 11:47

Xalqımız şəhidlərin uyuduğu müqəddəs məkanları ziyarət edir

Araşdırma
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
DİM-də keçirilən PMP imtahanı üçün əlavə günlər müəyyən olunub
BŞTİ: Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir
Elm dünyası təsdiqlədi: Quş qripi ev heyvanlarından insana keçə bilir
Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib?
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 2-06-2026, 19:12
    Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Tarixin uşaq izləri” adlı sərgi keçirildi
  • 2-06-2026, 10:43
    “Bakı Enerji Həftəsi” Türkiyə mediasının diqqət mərkəzindədir
  • 2-06-2026, 10:41
    Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb
  • 2-06-2026, 10:39
    FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • 26-05-2026, 20:03
    Milli Məclisin yaz sessiyası başa çatdı
  • 26-05-2026, 20:01
    Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 112 il ötür
  • 26-05-2026, 19:58
    Geosiyasi gərginlik neft bazarını daxilindən silkələyir
  • 26-05-2026, 19:56
    Almaniyanın avtomobil sənayesində mənfi dinamika müşahidə olunur
  • 22-05-2026, 11:56
    Milli Məclisin sədri Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb
  • 22-05-2026, 11:54
    DİM-də keçirilən PMP imtahanı üçün əlavə günlər müəyyən olunub
  • 22-05-2026, 11:52
    Bu gün Xalq artisti Mehdi Məmmədovun doğum günüdür
  • 22-05-2026, 11:51
    Lukaşenko: Belarus Ukraynadakı müharibəyə qoşulmaq niyyətində deyil
  • 20-05-2026, 19:40
    Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfərə gəlib
  • 20-05-2026, 19:38
    Mavriki Respublikasının Prezidenti İçərişəhərlə tanış olub
  • 20-05-2026, 19:36
    Konqoda Ebola həyəcanı: 136 ölüm, 543 şübhəli yoluxma halı qeydə alınıb
  • 18-05-2026, 13:41
    “Yaddaşın kodları – Qarabağdan Göyçəyə”: Tarixi irsi rəqəmsal texnologiyalarla canlandıran layihə
  • 18-05-2026, 13:23
    Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib
  • 18-05-2026, 13:21
    Azərbaycandan olan aykido ustaları Ankarada keçirilən idman festivalında
  • 18-05-2026, 13:20
    WUF13-də rəqəmsal texnologiyaların mənzil sektorunda rolu vurğulanıb
  • 18-05-2026, 13:18
    Musa Yaqubun nəvəsi: İnanıram ki, onun saf və duyğulu şeirləri həmişə yaşayacaq
  • 15-05-2026, 12:56
    Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
  • 15-05-2026, 12:54
    Bu gün Xalq artisti Rauf Hacıyevin anadan olmasından 104 il ötür
  • 15-05-2026, 12:52
    BŞTİ: Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir
  • 15-05-2026, 12:49
    Elm dünyası təsdiqlədi: Quş qripi ev heyvanlarından insana keçə bilir
  • 14-05-2026, 10:34
    Dövlət Neft Fondu gələn il IFSWF-ə sədrlik edəcək
  • 14-05-2026, 10:30
    Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib?
  • 14-05-2026, 10:29
    Milli Məclisin sədri Özbəkistanda işgüzar səfərdədir
  • 12-05-2026, 16:17
    Milli Məclisin sədri Sahibə Qafarovanın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə parlamentin 12 may 2026-cı il tarixli plenar iclasında çıxışı
  • 12-05-2026, 16:15
    Yük maşınları və avtobuslar yol nəqliyyatı emissiyalarının 40 faizini təşkil edir - HESABAT
  • 12-05-2026, 16:13
    Akif İslamzadənin vəziyyəti açıqlandı
  • 12-05-2026, 16:12
    Premyer Liqa: "Arsenal"dan vacib qələbə
  • 12-05-2026, 16:10
    Genetik möcüzə reallaşdı - Buzların altında qalan 180 illik dram
  • 12-05-2026, 16:08
    Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
  • 9-05-2026, 19:35
    Bu gün faşizm üzərində qələbənin ildönümüdür
  • 6-05-2026, 22:18
    Milli Məclisin sədri Sahibə Qafarova Monqolustanın Baş prokuroru ilə görüşüb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə