zamanlabirge.az
zamanlabirge.az

Evdən külli miqdarda qızıl oğurlandı

3-03-2020, 20:52

Evdən külli miqdarda qızıl oğurlandı Zaqatalada evdən 10 min manat dəyərində qızıl-zinyət oğurlayan şəxslər saxlanıb. Onların əvvəllər də eyni əmməllərə məhkum olunduqları üzə çıxıb.
Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Aşağı Tala kənd sakini Dibir Ramazanov özünə məxsus evdən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.
Şöbə əməkdaşları tərəfindənZərərçəkmişə məxsus evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib. Oğruları ələ keçirmək isə o qədər uzun çəkməyib.
Saxlanan Elxan Canımov və Seymur Mahmudov əməllərini etiraf ediblər.Araşdırma zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olub həmin evdən oğurluq etməyi planlaşdırıblar.
Oğurlanan qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər barəsində CinayətMəcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA