zamanlabirge.az
zamanlabirge.az

Binəqədi polisi iki əməliyyat keçirib - saxlanılanlar var

7-03-2020, 20:04

Binəqədi polisi iki əməliyyat keçirib - saxlanılanlar var Binəqədi rayonu ərazisində yerləşən iki marketdən oğurluq edilib.
Naməlum şəxs ayrı-ayrı vaxtlarda mağazada satıcıların başının qarışmasından istifadə edərək piştaxtaların üzərində olan iki ədəd mobil telefonu oğurlayıb.
Məlumat daxil olan kimi Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları etməkdə şübhəli bilinən paytaxt sakini Xaliq Qəribov tutulub.
Qeyd edək ki, onun mağazalardan oğurluq etməsi obyektlərin müşahidə kameraları vasitəsi ilə anbaan lentə alınıb. Xaliq Qəribov ifadəsində törətdiyi hadisələri etiraf edib.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində paytaxtın müxtəlif yerlərində azyaşlı uşaqları aldadaraq onların mobil telefonlarını əllərindən alan şəxs saxlanılıb. Tədbir zamanı yetkinlik yaşına çatmayan Bakı şəhər sakini tutularaq istintaqa təqdim edilib.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci polis bölməsində toplanan materiallar Binəqədi RPİ-nin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA