zamanlabirge.az
zamanlabirge.az

Putin və Tramp arasında yenidən telefon danışığı olub

11-04-2020, 12:32

Putin və Tramp arasında yenidən telefon danışığı olub Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yenidən telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı dünya neft bazarındakı vəziyyət, o cümlədən neft hasilatının azaldılması ilə bağlı "OPEC+” çərçivəsində əldə olunan razılaşma barəsində fikir mübadiləsi aparılıb.
D. Tramp neft istehsal edən bir sıra ölkələrin başçıları ilə təmasları barədə Rusiya liderini məlumatlandırıb. Məlum mövzuda Rusiya ABŞ məsləhətləşmələrinin davam etdirilməsi razılaşdırılıb.
Bundan başqa, Rusiya və ABŞ liderləri koronavirus pandemiyasına dair məsələləri də müzakirə ediblər.
Telefon danışığı zamanı kosmosda əməkdaşlıq daxil olmaqla, ikitərəfli münasibətlərin bir sıra aktual aspektlərinə də toxunulub.
Qeyd edək ki, ötən gecə də Rusiya prezidenti Vladimir Putin ABŞ Prezidenti və Səudiyyə Ərəbistan kralı ilə telefon danışığı aparıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA